Prezidentin Mətbuat
Xidmətinin məlumatı
Mayın 7-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Emoməli
Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın
ölkəsinə göstərdiyi yardımı yüksək
qiymətləndirərək indiki çətin dövrdə
bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi
kimi dəyərləndirdi.
Dövlətimizin
başçısı dost və qardaş
xalqlarımızın hər zaman, xüsusilə də
ağır pandemiya dövründə bir-birinin yanında
olmasının önəmini vurğuladı və bunu dostluq
münasibətlərimizin təbii göstəricisi kimi qiymətləndirdi.
Dövlət
başçıları koronavirus pandemiyası ilə
mübarizə istiqamətində ölkələrimizdə həyata
keçirilən işlər barədə fikir mübadiləsi
apardılar və ikitərəfli münasibətlər, o
cümlədən iqtisadi əməkdaşlığın
perspektivləri, nəqliyyat-tranzit problematikası ilə
bağlı məsələləri müzakirə etdilər.
Azərbaycan.-2020.- 8 may.- S.1.