Beynəlxalq Din
Azadlığı üzrə ABŞ Komissiyasının riyakar hesabatı: qərəzliliyin və ikiüzlülüyün yeni
pandemiyası
Amerika Birləşmiş Ştatları (ABŞ) hər il dünya ölkələrində dini durumla bağlı müxtəlif hesabatlar hazırlayır. Bu hesabatlardan biri də Beynəlxalq Din Azadlığı üzrə ABŞ Komissiyasının hesabatıdır. Ümumilikdə, hesabata 29 ölkə ilə bağlı məlumatlar daxil edilib.
2020-ci ildə dərc olunmuş hesabata əvvəlki illərdə təqdim edilən hesabatlarla müqayisədə metodoloji baxımdan bir sıra yeniliklər əlavə olunub. Bütün bunları nəzərə alaraq hesabatla bağlı iki əsas məqamı - hesabatın metodologiyasında mövcud olan problemləri, eləcə də Azərbaycanın həmin hesabatda yer almasının qərəzli və ədalətsiz olduğunu oxuculara çatdırmaqdır.
Azərbaycan tərəfi 2019-cu ilin iyul ayında ilk dəfə olaraq ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunan Dini Azadlıqların İnkişaf Etdirilməsi üzrə Toplantıda iştirak edib. Toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının iştirakı ilə Narahatlıq Bəyanatlarının (9 narahatlıq meyarı müəyyən edilib) 4-ü (Birma/Myanmaya dair bəyanat, İbadət yerlərinin qorunmasına dair bəyanat, Din və ya etiqada hörmətə dair bəyanat və Müxtəlif dinlərin nümayəndələrinin qeyri-dövlət aktorları, xüsusilə terrorist qruplaşmaları tərəfindən istismarına dair bəyanat) imzalanıb.
Hesabat bir
sıra məqamlara görə, qərəzli və qeyri-şəffafdır.
Bu məqamlardan biri ABŞ-la siyasi dialoqun zəif və ya heç olmamasının (bir
çox hallarda
"düşmən” elan olunan
ölkələr) nəticəsində ölkələrlə
bağlı məlumatların qərəzli verilməsi və
ya verilməməsidir. Buna
misal kimi hesabatda müsəlman ölkələrinin çoxluq təşkil etdiyini
göstərmək olar. Halbuki İslam
Əməkdaşlıq Təşkilatının (İƏT)
İslamofobiya ilə bağlı
hesabatında müsəlmanlara qarşı təqiblərin hər
keçən gün
artdığını göstərən dinamikaya
baxdıqda vəziyyətin tam fərqli mənzərəsini
görürük. Sanki
hesabatda göstərilməyə
çalışılır ki, islam dini digər dinlərə
qarşı repressiv mövqedədir. İkincisi, ancaq xristianlar daha çox təqibə məruz qalan
kontingent kimi göstərilir.
Bununla bağlı
Din və ya Etiqad Azadlığı Qurbanlarının Siyahısına
baxa bilərsiniz
(Freedom of Religion or Belief Victims List). Üçüncüsü,
prezidentə, konqresə
və dövlət katibinə müvafiq tövsiyələr verən
komissiya üzvlərinin
bir çox hallarda hər hansısa dini təşkilatın rəhbərlərindən
təyin edilməsidir
ki, bu da
öz növbəsində
hesabatın obyektivliyini
kölgə altına
salır. Dördüncüsü, komissiya üzvlərinin ölkələrlə bağlı
yazdığı rəylərin
bir çox hallarda tam şəkildə
qərəzli olmasıdır.
Bunun da səbəbi ölkələr üzrə
kurator olan komissiya üzvlərinin həmin ölkələrdə
olmaması, yerlərdəki
vəziyyəti tam bilməməsidir
(baxmayaraq ki, ABŞ-ın həmin ölkələrdə fəaliyyət
göstərən səfirliyi
bu işdə kifayət qədər rol oynayır).
Buna misal kimi Azərbaycan nümunəsini
göstərmək olar. Builki hesabatda
ilk dəfə olaraq (ən azından 2017-2019-cu
illərdəki hesabatlarda
yox idi) Azərbaycana dair hissədə komissiya üzvünün şəxsi
rəyi yer almışdır. Qeyd edək
ki, Azərbaycanla bağlı xüsusi rəy yazan komissiya üzvü Coni Mur 2019-cu ildə ölkəmizdə səfərdə
olmuşdur.
Azərbaycanın Beynəlxalq Din Azadlığı
üzrə ABŞ Komissiyasının
2020-ci il hesabatına salınmasını
qərəzli və ədalətsiz hesab edirik. Sözügedən komissiya tərəfindən
din azadlığı üzrə
hesabat hazırlanarkən
iki beynəlxalq sənəd -Ümumdünya
İnsan Hüquqları
Bəyannaməsi və
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt əsas götürülür.
Həmin sənədlərin müvafiq
müddəalarına əsasən,
dünya ölkələri
üzrə dini etiqad azadlığının
pozulması halları
şərh edilir və hesabata daxil olunur. Ancaq bir
çox hallarda sözügedən sənədlərin
müddəalarının pozulmasının
müşahidə olunduğu
bir sıra ölkələr, məsələn,
Fransa, Gürcüstan
və Ermənistan kimi ölkələr belə hesabatlarda yer almır. Bu baxımdan Azərbaycanla həmin hesabata daxil edilməyən region ölkələrinin dini etiqad azadlığı ilə bağlı durumunu aşağıdakı
kimi müqayisə edək:
Azərbaycan dövlət səviyyəsində
hər hansı dinə xüsusi imtiyaz verməyib, məsələn, dövlət
dini kimi elan etməyib. Azərbaycan
Respublikasının Konstitusiyasına
görə, Azərbaycan
dünyəvi dövlətdir
və bütün dinlər bərabərdir;
Ölkəmiz regionda və beynəlxalq arenada istər dinlərarası,
istərsə də mədəniyyətlərarası dialoqun təşviqi və gücləndirilməsi
sahəsində təşəbbüskar
dövlət kimi tanınır və qəbul edilir;
Azərbaycanda fəaliyyət göstərən
bütün dini icmalar sərbəst və rahat şəkildə
öz etiqadını
yaşayır və dövlət onların maddi-texniki bazasının
gücləndirilməsi üçün
hər il
maliyyə yardımı
ayırır;
Ölkəmizdə müxtəlif dinlərin
nümayəndələri dini
simvollarla (Kippa, niqab, çadra, baş örtüyü, xaç və s.) rahat şəkildə küçədə gəzirlər;
Dövlət-din münasibətləri qarşılıqlı
dialoq şəraitində
inkişaf etdirilir. Buna misal
kimi dövlətin müvafiq institusional bazasını (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği
Fondu və s.) göstərə bilərik
ki, dövlət bu strukturlar vasitəsilə daim həmin kontingentlə dialoq qurur və
onların problemlərini
həll edir.
Siyahını uzatmaq da olar. Lakin bütün
bunlara baxmayaraq, Azərbaycan sözügedən
hesabata dini etiqad azadlığının
pozulduğu ölkə
kimi salınır.
Bunun əksinə olaraq region ölkələrindən Ermənistan
və Gürcüstan
həmin siyahıda yer almır.
Baxmayaraq
ki, adı çəkilən hər
iki ölkədə dövlət tərəfindən
elan edilmiş rəsmi din var. Bu da öz növbəsində
həmin ölkələrdə
yaşayan digər dinin təmsilçilərinin,
əsasən qeyri-xristianların
(xristianların) hüquqlarının
pozulması deməkdir.
Çünki rəsmi şəkildə
tanınmış dövlət
dininə xüsusi imtiyazlar verir. Məsələn, orta məktəblərdə
həmin dinin məcburi şəkildə
keçirilməsi buna
nümunədir (bu nümunə daha çox Ermənistana xasdır). Dövlət səviyyəsində dini kimliyi daha
çox qabardaraq digər azlıqlara qarşı ayrı-seçkiliyi
təşviq etmiş
olur.
Ermənistanda dini icmaların qeydiyyatdan keçməsi üçün yetkinlik yaşına çatmış
200 nəfər vətəndaş
tələb olunur. Bu da öz növbəsində
davamçıları 200 nəfərdən
az olan
dini nümayəndələrin
rəsmi şəkildə
qeydiyyatdan keçməməsi
deməkdir (Azərbaycanda
50 nəfər tələb
olunduğu halda). Dövlət
rəsmi şəkildə
dövlət dini elan edilmiş dinə tam dəstək verir və ancaq
həmin dini icmalarla dialoq qurur. Baxmayaraq ki, mövcud
institusional baza - müvafiq dövlət orqanları ancaq qeyri-dövlət dini icmalarla dialoqda maraqlı deyil, ən çox azlıq dini nümayəndələri dövlət
tərəfindən təqib
olunur.
Bu kimi faktların
siyahısını uzatmaq
olar. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın
bu hesabata salınması qərəzli
və ədalətsizdir.
Eyni zamanda qeyd olunur
ki, hesabata salınmayan və dini etiqad azadlığının
pozulduğu ölkələr
də mövcuddur.
Sadəcə sual doğuran
məqam ondan ibarətdir ki, niyə həmin ölkələr hesabata daxil edilmir?!
Rəfi QURBANOV,
Mənəvi Dəyərlərin Təbliği
Fondunun icraçı
direktorunun müavini
Azərbaycan.-2020.-
9 may.- S.15.