Azərbaycan
Prezidenti və Pakistan Prezidenti koronavirusla mübarizə sahəsində
həyata keçirilən tədbirlərdən
danışıblar
Mayın
8-də Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng
edib.
Pakistan Prezidenti Arif Alvi Prezident İlham Əliyevin təşəbbüsü ilə bu yaxınlarda Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunmuş videokonfransının keçirilməsi münasibətilə təbriklərini çatdırdı və konfransın pandemiya ilə mübarizə sahəsində səylərin gücləndirilməsi baxımından önəmini qeyd etdi.
Prezident İlham Əliyev bu tədbirin ölkələr arasında həmrəyliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini bildirdi.
Dövlət başçıları beynəlxalq səviyyədə ölkələrimizin bundan sonra da bir-birilərinin mövqeyini dəstəkləyəcəklərinə əminliklərini ifadə etdilər.
Telefon
söhbəti zamanı Prezident İlham Əliyev və
Prezident Arif Alvi koronavirusla mübarizə sahəsində həyata
keçirilən tədbirlərdən danışdılar,
ikitərəfli münasibətlərin perspektivləri, o
cümlədən iqtisadi və ticarət əlaqələrinin
inkişafı ilə bağlı fikir mübadiləsi
apardılar.
Azərbaycan.-2020.- 9 may.- S.10.