Strateji tərəfdaşlıq
münasibətlərinin gələcək inkişafı
ilə bağlı məsələlər müzakirə
edilib
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir
Putinə telefonla zəng edib.
Prezident İlham Əliyev Böyük Vətən
müharibəsində Qələbənin
75 illiyi münasibətilə Rusiya Prezidentini və dost Rusiya xalqını
təbrik edib.
Vladimir Putin göstərilən
diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, bayram münasibətilə Azərbaycan
Prezidentinə və dost Azərbaycan xalqına təbriklərini
çatdırıb.
Dövlət başçıları koronavirusla mübarizə
istiqamətində görülən
işlər və ölkələrimizin bu sahədə əməkdaşlığı
barədə fikir mübadiləsi aparıblar.
Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin
gələcək inkişafı
ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycan.-2020.- 13 may.- S.1.