“Rossiya-24” telekanalının “Formula Vlasti” verilişində
faşizm üzərində Qələbənin
qazanılmasında Azərbaycanın mühüm
rolundan da bəhs olunub
Verilişdə Prezident İlham
Əliyevin TASS agentliyinin baş
direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən bir
hissə yayımlanıb
Rusiyanın
Rossiya-24 televiziya kanalında mayın 10-da efirə gedən
"Formula Vlasti” verilişinin Böyük Vətən
müharibəsində Qələbə gününə həsr
olunan buraxılışında bu müharibədə Qələbənin
qazanılmasında Azərbaycanın da mühüm rolundan bəhs
edilib, dövlətimizin başçısının
Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci
müavini Mixail Qusmana müsahibəsindən bir hissə
yayımlanıb.
AZƏRTAC xəbər verir ki, "Formula Vlasti” verilişinin Qələbə gününə həsr olunan buraxılışında müharibənin tarixindən, partizan hərəkatından danışılır. Verilişdə bir sıra dövlət və hökumət başçılarının, rəsmi şəxslərin, BMT-nin Baş katibi Antonio Quterreşin müsahibələri və çıxışlarından da hissələr verilib.
Verilişdə Böyük Vətən müharibəsində dünya ölkələrinin və xalqlarının həm ön, həm də arxa cəbhədə faşizmə qarşı mübarizəsindən bəhs olunur, onların Qələbə naminə xidmətləri vurğulanır. Bu baxımdan böyük Qələbənin əldə olunmasında Azərbaycanın da rolu xüsusi qeyd edilir.
Verilişdə dövlətimizin başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən bir hissə də yayımlanıb.
Diktor qeyd edib ki, Azərbaycandan 120-dən çox Sovet İttifaqı Qəhrəmanı var. Müharibə illərində Azərbaycan zavodları fasiləsiz olaraq hərbi texnika, o cümlədən məşhur "Katyuşa”ları istehsal edirdi. Azərbaycan Sovet Ordusunu neftlə 70 faiz, yanacaqla 80 faiz, sürtkü yağları ilə 90 faiz təchiz edirdi.
Prezident
İlham Əliyev deyib: Azərbaycan bizim ümumi qələbəmizə
sanballı töhfə verib. Yanacaq-sürtkü
materiallarının əsas bazası Azərbaycan idi. Bu da
təsadüfi deyil ki,
faşist Almaniyası məhz
Bakını tutmaq niyyətində idi. Bu məşhur kadrlar dəfələrlə nümayiş
etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində
"Xəzər dənizi” sözləri
yazılmışdı. Hətta belə bir
forma məxsusi olaraq Xəzər
dənizinin sərhədlərini göstərirdi, Hitler də svastikanı həmin nöqtəyə
qoymuşdu. Adətən mayın 9-da mən
həmişə veteranlarla
görüşürəm, biz söhbət
edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik,
onların məzarları üzərinə
gül-çiçək, əklillər qoyuruq.
Hər dəfə onlarla ünsiyyətdə
olanda, sanki enerji alırsan. Özü
də onların çoxunun yaşı
90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki
baxımdan onlar möhkəm
olduqlarını nümayiş etdirirlər.
Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi,
əlbəttə, bizi heyrətləndirir,
təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik.
Azərbaycan.-2020.- 13 may.- S.6.