Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və “Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi
və “Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və “Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin
fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli
504 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin
fəaliyyətini təmin
etmək məqsədilə
qərara alıram:
1. "Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Dövlət
Vergi Xidmətinin Əsasnaməsi” təsdiq
edilsin (əlavə olunur).
2. "Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin Əsasnaməsi”
təsdiq edilsin (əlavə olunur).
3. "Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi” təsdiq
edilsin (əlavə olunur).
4. Müəyyən edilsin ki:
4.1. bu Fərmanın 1-3-cü
hissələri ilə
əsasnamələri təsdiq
edilən Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti,
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müvafiq olaraq, Azərbaycan Respublikası
Vergilər Nazirliyinin,
Azərbaycan Respublikası
Əmlak Məsələləri
Dövlət Komitəsinin
və Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə
əmlakı aidiyyəti
üzrə yuxarıda
adları çəkilən
dövlət xidmətlərinə
keçir;
4.2. bu Fərmanın 1-3-cü
hissələri ilə
əsasnamələri təsdiq
edilən Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin,
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hər birinin yeni strukturu və strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısı
təsdiq edilənə
qədər Azərbaycan
Respublikası Vergilər
Nazirliyinin, Azərbaycan
Respublikası Əmlak
Məsələləri Dövlət
Komitəsinin və Azərbaycan Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyinin strukturuna daxil olan qurumlar
və strukturuna daxil olmayan tabeliyindəki
qurumlar fəaliyyətlərini
davam etdirirlər və onların strukturu, işçilərinin
say həddi, vəzifə
maaşları, əməyin
ödənilməsi sistemi,
xidmətkeçmə ilə
bağlı hüquq və vəzifələri
bu Fərmanın
9.1-9.4-cü bəndləri icra olunanadək dəyişməz qalır.
5. "Azərbaycan Respublikasının
Vergilər Nazirliyi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2001-ci il 29 mart tarixli
454 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 3, maddə 162; 2005, ¹ 9, maddə 797; 2006, ¹ 5, maddə
400; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1246; 2008, ¹ 11, maddə
972; 2009, ¹ 10, maddə 780, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə
85; 2013, ¹ 2, maddə 111, ¹ 7, maddə 806; 2016, ¹ 6, maddə
1038; 2017, ¹ 2, maddə 183, ¹ 5, maddə 842, ¹ 10, maddə
1783; 2018, ¹ 12 (I kitab), maddə
2572; 2019, ¹ 3, maddə 409; Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 2 iyul tarixli 766 nömrəli Fərmanı) ləğv
edilsin.
6. "Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsinin
fəaliyyətinin təkmilləşdirilməsi
tədbirləri və
"Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 24
iyun tarixli 116 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 4 may tarixli
516 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 5, maddə 522; 2018, ¹ 1, maddə 39, ¹ 9, maddə
1838; 2019,
¹ 2, maddə 218, ¹ 3, maddə
410, ¹ 4, maddə 618, ¹ 6, maddə
1037) 1-ci hissəsi ləğv
edilsin.
7. "Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət
Xidmətinin fəaliyyətinin
təkmilləşdirilməsi tədbirləri və
"Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət
Xidmətinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
28 aprel tarixli 888 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 4, maddə 693; 2017, ¹ 1, maddə 47; 2018, ¹ 4, maddə
658) 1-ci hissəsi ləğv
edilsin.
8. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 30
dekabr tarixli 911 nömrəli Fərmanı
ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 12, maddə
1954) "Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
8.1.
1.3-cü bəndə "təşkilatları
ilə” sözlərindən
sonra ", habelə digər hüquqi və fiziki şəxslərlə” sözləri
əlavə edilsin;
8.2.
2.0.22-ci yarımbəndə "metrologiya,” sözündən
sonra "texniki tənzimləmə,” sözləri
əlavə edilsin;
8.3.
3.0.5-ci yarımbəndə "dövlət büdcəsinə
vergilərin” sözlərindən
əvvəl "strukturuna
daxil olan müvafiq qurum vasitəsilə” sözləri
əlavə edilsin;
8.4.
3.0.88-ci yarımbəndə "reklam” sözündən əvvəl "strukturuna
daxil olan müvafiq qurum vasitəsilə” sözləri
əlavə edilsin;
8.5. aşağıdakı məzmunda 3.0.91-1-ci, 3.0.91-2-ci, 3.0.91-3-cü və 3.0.91-4-cü yarımbəndlər
əlavə edilsin:
"3.0.91-1.
strukturuna daxil olan müvafiq qurum vasitəsilə insanların həyat və sağlamlığına,
ətraf mühitə,
əmlaka və dövlətin maraqlarına
yaratdığı təhlükənin
dərəcəsindən asılı
olaraq, malların (işlərin, xidmətlərin)
yüksək, orta, aşağı risk qruplarının
təyin edilmiş meyarlar üzrə təsnifatını müəyyən
etmək;
3.0.91-2. strukturuna daxil olan müvafiq qurum vasitəsilə texniki reqlamentdə müəyyənləşdirilmiş əsas tələblərin
təmin olunması məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq
və dərc etmək;
3.0.91-3. strukturuna daxil olan müvafiq qurum vasitəsilə uyğunluq sertifikatlarının
və uyğunluq bəyannamələrinin reyestrini,
habelə xarici mənşəli uyğunluq
sənədlərinin tanınması
nəticələrinin reyestrini
aparmaq;
3.0.91-4. strukturuna daxil olan müvafiq qurum vasitəsilə istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun
olmayan mallara nəzarət tədbirlərini
həyata keçirmək,
istehlakçıların təhlükəsizliyini
təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə
uyğun olmayan malların dövriyyədən
çıxarılmasını təmin etmək və belə malların uçotunu aparmaq;”;
8.6. aşağıdakı məzmunda 5.5.3-1-ci yarımbənd
əlavə edilsin:
"5.5.3-1.
Nazirlik yanında dövlət xidmətlərinin
Aparatının struktur
bölmələrinin, strukturuna
daxil olan qurumların əsasnamələrini
və strukturuna daxil olmayan tabeliyindəki
qurumların (nizamnamələri
Azərbaycan Respublikasının
Prezidenti və Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq
edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini
təsdiq edir;”;
8.7. 5.5.4-cü yarımbənddə "yarımbəndinə” sözü "və 5.5.3-1-ci yarımbəndlərinə” sözləri ilə əvəz olunsun və həmin yarımbəndə "tabeliyindəki” sözündən sonra ", habelə strukturuna daxil olan qurumların tabeliyindəki” sözləri əlavə edilsin;
8.8. 5.5.7-ci yarımbəndə "ixtisas dərəcələri” sözlərindən sonra "və baş vergi xidməti müşaviri və ondan aşağı olan xüsusi rütbələr” sözləri əlavə edilsin.
9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
9.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
9.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
9.4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
9.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
9.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 may 2020-ci il
Azərbaycan.-2020.- 13 may.- S.6.