İlham Əliyevin qlobal təşəbbüsü birləşdirici faktora çevrilir

 

 

Azərbaycan Prezidenti pandemiyaya qarşı nümunəvi qərarları ilə dünya dövlətləri arasında həmrəyliyi və əməkdaşlığı daha da möhkəmləndirir

 

 

"Son nəticələr barədə danışmaq hələ tezdir, lakin aralıq nəticələr göstərir ki, biz doğru yoldayıq. Yeri gəlmişkən, bizim təşkil etdiyimiz, həyata keçirdiyimiz bu işi Ümumdünya Səhiyyə Təşkilatı da qiymətləndirib. Bu təşkilatın Baş direktorunun mənə ünvanlanmış məktubunda Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər yüksək qiymətləndirilib, Azərbaycan nümunəvi ölkə, yəni bu bəlaya qarşı mübarizədə nümunə göstərən ölkə adlandırılıb”. Bu fikirləri Prezident İlham Əliyev ötən həftə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində söyləyib. Bununla yanaşı, "Mirteleviziya kanalına müsahibə verən dövlət başçısı əsasən Azərbaycanın qlobal pandemiyaya qarşı apardığı mübarizə, görülən qabaqlayıcı tədbirlərdən söz açıb.

 

 

"Hadisələrin arxasınca getməyə yox, onları qabaqlamağa çalışdıq”

 

 

TASS informasiya agentliyinə daha ətraflı danışan Prezident görülən konkret tədbirlərdən söz açaraq bildirib ki, bütün ölkələrin əsas vəzifəsi bu xəstəliyin inkişafını, onun geniş yayılmasını yavaşıtmaq idi. Bir sıra başqa ölkələr kimi, Azərbaycana da bu virus kənardan gətirilib. Buna görə də qonşularla müvafiq məsləhətləşmələrdən sonra sərhədlərin bağlanması birinci mühüm addım olub. Lakin bundan sonra daxildə yoluxma halları başlayıb və buna görə də məhdudlaşdırıcı tədbirlərə start verilib: "Biz həmin tədbirləri şəraitə uyğun olaraq tətbiq etdik və hadisələrin arxasınca getməyə yox, onları qabaqlamağa çalışdıq, əks halda uğur qazana bilməzdik”.

Prezident vurğulayıb ki, bununla yanaşı, dövlət xəstəxanalarının işi operativ surətdə tamamilə yeni formatda təşkil edilibbu gün 20-dən çox dövlət xəstəxanasında koronaviruslu xəstələrin müalicəsi davam etdirilir. O cümlədən 575 çarpayılıq yeni ən müasir xəstəxana da bütünlüklə koronaviruslu xəstələrə təqdim edilib. Modul tipli xəstəxana tikilib və əlavə bir neçəsi də tikiləcək.

Pandemiya ilə mübarizədə hökumət operativ surətdə əlavə laboratoriyalar alıb. Hazırda 23 bu cür laboratoriya mövcuddur lazım gəlsə, yenə alınacaq. Milyon nəfərə düşən testlərin sayına görə, Azərbaycan lider ölkələr sırasındadır. 160 mindən çox test keçirilib. Bu, xəstəliyin yayılma ocaqlarının, o cümlədən regional baxımdan aşkar olunmasına kömək edir.

Bir sözlə, dövlət insanların sağlamlığını həyatını qorumaq məqsədilə lap əvvəldən məhdudlaşdırıcı tədbirlər görüb bu tədbirlər özünü doğruldub. Düzgün həyata keçirilmiş tədbirlər kompleksi sayəsində hələlik bu vəziyyətdən minimum itkilərlə çıxa bilirik.

 

 

2 milyard dollarlıq sosial-iqtisadi yardım paketi

 

 

Dövlət pandemiyadan əziyyət çəkənlərə təqribən 2 milyard dollarlıq sosial-iqtisadi yardım paketi ayırıb. Bu paket, ilk növbədə, pandemiyadan əziyyət çəkən sahələrdə çalışan 700 minə yaxın insanı mikro sahibkarları əhatə edir.

Dövlət iki ay ərzində onların əməkhaqlarının xeyli hissəsini ödəyəcək, çünki onlar praktiki olaraq işləmirlər. Bunlar 600 min aztəminatlı ailə işsiz, hətta qeyri-formal sektorda məşğul olanlar, yəni əmək müqaviləsi olmayanlardır. Onlara 2 ay ərzində müəyyən məbləğ ödənilir ki, hətta əmək müqaviləsi olmayanlar da əməkhaqqı alsınlar. İndi bu adamlar qazancdan məhrum olublar.

Bununla yanaşı, hökumət ünvanlı sosial yardım alan ailələrin sayını artıraraq 80 minə çatdırıb, belə ailələrin hər biri orta hesabla 222 manat, yəni 130 dollar alır. Bundan əlavə, əməkhaqqı minimal səviyyədə, yəni 250 manat ya təxminən 150 dollar səviyyəsində olmaqla, 90 min ödənişli ictimai yeri 12 min özünüməşğulluq yeri yaradılır. Bu yerlər dövlət tərəfindən maliyyə texniki kömək nəzərə alınmaqla cari ildə fəaliyyətə başlayacaq. Bu, həmin paketin yalnız bir hissəsidir. Vergi güzəştləri, vergi tətilləri var.

Yəni dövlət bu məsələyə çox geniş yanaşaraq, ilk növbədə, insanları, onların sağlamlığını, həyatını qorumağa ikinci növbədə isə iqtisadiyyatın inkişafını təmin etməyə çalışır.

 

 

Pandemiya şəraitində fasiləsiz nəqliyyat daşımaları həyata keçirilir

 

 

Azərbaycanla Rusiya Federasiyası arasındakı münasibətlərə toxunan

İlham Əliyev öncə Prezident Vladimir Putinlə dostluq münasibətlərindən söz açaraq əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. Vurğulayıb ki, hətta pandemiya şəraitində fasiləsiz nəqliyyat daşımaları həyata keçirilir:

"Biz tranzit-logistika sahəsində işləri intensivləşdirmək barədə razılığa gəlmişik. Ölkələr arasında, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinə gəldikdə isə, əlbəttə, pandemiya mənfi təsirini göstərir. Lakin əminəm ki, biz müsbət əməkdaşlığı qoruyub saxlayacaq genişləndirəcəyik”.

Bununla yanaşı, nəqliyyat-logistika sahəsində böyük planlar var. Bu gün fəal istifadə edilən Şimal-Cənub dəhlizi ilə yanaşı, Rusiyanın Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulması da Azərbaycanı sevindirir. Rusiyalı yükgöndərənlər Azərbaycandan Avropa istiqamətinə gedən bu marşrutdan istifadə edirlər. Elektroenergetika sahəsində elektrik enerjisi mübadiləsi, habelə çoxtərəfli əməkdaşlıq baxımından böyük potensial var. İki ölkə yüksəkvoltlu elektrikötürmə xətləri ilə bir-birinə bağlıdır.

Humanitar sahədə neft-qaz sahəsində vəziyyət yaxşıdır: "Bəlkə çoxları bilmir, lakin Xəzər dənizinin Rusiya sektorunda Rusiya şirkətləri tərəfindən hasil edilən neftin bir hissəsi Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə nəql edilir. Yəni burada əməkdaşlıq yüksələn xətt üzrə davam edir”.

 

 

İki ayda iki böyük Zirvə görüşü

 

 

Cənab İlham Əliyev müsahibəsində son iki ayda öz təşəbbüsü ilə iki böyük təşkilatın Zirvə görüşlərinin keçirildiyini bu konfransların əsas mövzusunun məhz qlobal böhrana həsr olunduğunu xatırladıb. Azərbaycanın bu məsələdə ortaya nümunə qoyduğunu növbəti ilkə imza atdığını deyən Prezident vurğulayıb ki, bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu getdikcə daha da yüksəldir.

Əlavə edək ki, hazırda Azərbaycan həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası), həm Qoşulmama Hərəkatına rəhbərlik edir. Dövlət başçısı da bu konfransları tarixi hadisə adlandırır: "Qoşulmama Hərəkatının Zirvə görüşünü, həqiqətən, tarixi görüş adlandırmaq olar. Çünki əvvələn, o, yeni formatda, videokonfrans formatında keçirilirdi. İkincisi, Qoşulmama Hərəkatının Zirvə görüşləri, bir qayda olaraq, müəyyən dövriliklə keçirilir. Əgər bundan əvvəlki Zirvə görüşü keçən ilin oktyabrında Bakıda keçirilmişdisə, növbəti görüş 2022-ci ildə bizdən sonra sədrlik edəcək ölkədə keçirilməli idi. Buna görə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu təşəbbüsü təbii ki, vaxtında irəli sürülmüşdü. Onu da deməliyəm ki, keçən ilin oktyabr ayında biz Qoşulmama Hərəkatında sədrliyi öz üzərimizə götürdük. Qeyd etməliyəm ki, Azərbaycan yekdilliklə Hərəkatın sədri seçilib, bu da çox əlamətdar amildir, çünki bildiyiniz kimi, Hərəkatda 120 ölkə iştirak edir bu ölkələrin bəziləri arasında, yumşaq desək, gərgin münasibətlər var”.

Qeyd edək ki, bu görüşdən öncə, yəni aprelin 10-da Türk Şurasının Zirvə görüşü keçirilmiş cənab İlham Əliyev türkdilli ölkələrə qlobal pandemiyaya qarşı Azərbaycan təcrübəsini bölüşmüşdü. Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünün keçirilmə təşəbbüsü isə aparıcı beynəlxalq təşkilatların rəhbərləri tərəfindən alqışlanmışdı. Yəni Prezidentin söylədiyi kimi, Azərbaycanın təşəbbüsü praktiki olaraq bütün dünyanı birləşdirdi: "Mənim təşəbbüsümlə biz dövlət hökumət başçıları səviyyəsində BMT-nin koronavirusa həsr edilmiş xüsusi Baş Assambleyasının keçirilməsini təklif etdik. Hərəkatın üzvü olan ən həssas ölkələrə təxirəsalınmaz kömək göstərilməsi üçün biz Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. Bu, bizim ikinci donor ianəmizdir. Bundan əvvəl mart ayında da qlobal pandemiyaya qarşı mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırmışdıq. Qoşulmama Hərəkatında yaradılmış Təmas Qrupu formatı üzv ölkələr tərəfindən böyük dəstək alıb. Biz istiqamətlər üzrə yarımqruplar COVID-19-a qarşı mübarizə üzrə vahid məlumat bazası yaradılmasını təklif etdik ki, həm Hərəkatın belə niyyəti olan üzvləri, həm beynəlxalq təşkilatlar, həm donor təşkilatlar vaxtında yardım göstərmək üçün informasiya bazasına malik olsunlar. Mən deyərdim ki, Zirvə görüşünün keçirilməsinin əsas məqsədləri , nəticələri budur. Bir daha deməliyəm ki, bütün iştirakçılar bu görüşün vacibliyini, zəruriliyini qeyd etdilər, bu təşəbbüsə görə Azərbaycana təşəkkürlərini bildirdilər”.

Göründüyü kimi, Azərbaycanın qlobal pandemiyaya qarşı apardığı mübarizə, Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə hər kəs tərəfindən təqdir edilir. Bəzi dövlətlər Azərbaycanın effektiv mübarizə metodundan təcrübəsindən yararlanırlar. Bütün bunlar isə Azərbaycanın beynəlxalq nüfuzunu reytinqini yüksəldir.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 13 may.- S.9.