Dövlət vətəndaşından heç nə əsirgəmir

 

Prezident İlham ƏLİYEV: "Pandemiyadan, əlbəttə, bizim iqtisadiyyatımız da zərər çəkir. Bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır”

 

 

Azərbaycan dövləti vətəndaşından heç nə əsirgəmir. İstər insanların sağlamlığı, istərsə də sosial təminatı üçün nə lazımdırsa, hamısını gerçəkləşdirir.

Son aylar koronavirus pandemiyası ilə mübarizədə dövlət bu prioritetini bir daha dönə-dönə ortaya qoydu. Prezident İlham Əliyev əvvəldən bəyan etdi ki, bizim üçün əsas məsələ insanların sağlamlığı, insanların həyatıdır.

Ölkədə koronavirusla mübarizə, insanların sağlamlığı üçün həyata keçirilən tədbirlər çoxşaxəli və genişmiqyaslıdır. Bu, özünü həm sürətlə yeni xəstəxanaların, qoruyucu vasitələr istehsal edən müəssisələrin tikilməsində, həm tibbi avadanlıqların alınmasında, çox digər kompleks tədbirlərin görülməsində göstərir.

Bakıda "Yeni klinika” istifadəyə veriləndən təxminən bir həftə sonra Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsal edən müəssisə açıldı.

Bundan da bir ay sonra Bakıda 200 çarpayılıq modul tipli xəstəxana istismara verildi. Bu, ölkə ərazisində qısa bir zaman ərzində tikiləcək 10 belə xəstəxananın birincisidir.

Xatırladaq ki, regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları çərçivəsində son 16 ildə ölkəmizdə 700-dən çox səhiyyə ocağı tikilib ya əsaslı təmir edilib. Təkcə keçən il onların sayı 60 olub. Əlbəttə, mövcud xəstəxana fondu, fəaliyyət göstərən çoxsaylı müasir xəstəxanalarımız uzun illər ərzində xalqımızın tələbatını ödəmək gücündədir. Lakin həyat, yaranmış vəziyyət qarşıya yeni tələblər qoydu. Başqa sözlə, koronavirus pandemiyası öz qaydalarını diktə etdi Azərbaycan dövləti vətəndaşlarının sağlamlığı naminə bu işdə maliyyə vəsaitini əsirgəmədi.

Dayanmadan "insan haqlarıbarədə danışan dövlətlər belə bir humanizm səxavət göstərmək iqtidarında istəyində olmadılar. Bütün bunlar bir daha sübut etdi ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində daim Azərbaycan vətəndaşı dayanır. Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında dövlət başçısı demişdir: "Əlbəttə ki, koronavirusa qarşı mübarizədə bu xəstəxana bundan sonra tikiləcək xəstəxanalar böyük rol oynayacaq. Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur. Əlbəttə ki, çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır. Biz indi bəzi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Görürük ki, orada çarpayı çatışmazlığı ucbatından xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan, ümumiyyətlə, xəstəxanalara götürülmür, onlar evlərdə qalırlar. Əlbəttə, evlərdə onları müalicə, onların vəziyyətini monitorinq etmək qeyri-mümkündür”.

Pandemiyanın istənilən ölkənin iqtisadiyyatına böyük zərbələr vurduğu şəksizdir. Azərbaycanın bu ilin birinci rübündəki sosial-iqtisadi inkişafının nəticələri müsbət olsa da, gələcəkdə enmə istisna deyil. Lakin indiki çətin məqamda da Prezidentimiz insanların sağlamlığını və rifahını önə çəkir və bunu modul tipli xəstəxananın açılışında bir daha vurğulayıb: "Mən deyə bilərəm ki, pandemiyadan, əlbəttə, bizim iqtisadiyyatımız da zərər çəkir. İstisna deyil ki, ikinci rübün yekunları o qədər də ürəkaçan olmayacaq. Ancaq bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır... İnsanların sağlamlığı və sosial rifahı birinci yerdədir. Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı. Pandemiyadan ən çox ziyan çəkən sahələrdə işini itirən 700 minə yaxın vətəndaşın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verilir. Bu məqsədlə 600 min işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla pul qazanan insanlar dövlət tərəfindən maddi yardımla təmin edilir. Bütün bu işləri biz görürük ki, vətəndaşların sosialmaddi vəziyyətini sabit saxlayaq”.

Bu il haqqı ödənilən 90 min ictimai yeri yaradılması haqqında qərar qəbul olunubs. Bütün bunlar hələ sosial-iqtisadi tədbirlərin tam paketi deyil. Buraya həmçinin vergi güzəştləri, vergi tətilləri, kommunal ödənişlər və bank kreditləri xidmətlərində müəyyən güzəşt şərtləri və insanların rifahı üçün atılan digər önəmli addımlar da daxildir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev "Mir” televiziya kanalına müsahibəsində də bu mövzuya toxunmuşdur. Koronavirusla mübarizədə Azərbaycan dövlətinin məqsədyönlü, sistemli fəaliyyət göstərdiyini qeyd etmişdemişdir: "İlk növbədə, bu, insanların sağlamlığı və təhlükəsizliyidir. İkinci növbədə, bu, iqtisadi inkişaf, habelə əhalinin sosial müdafiəsidir”.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 14 may.- S.1;8