T.Q.Piriyevin Əmanətlərin
Sığortalanması Fondunun
İcraçı direktoru təyin edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram:
Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 2020-ci il
Azərbaycan.-2020.-
14 may.- S.3.