İlham Əliyevin qlobal böhran şəraitində inkişaf modeli

 

Ən islahatçı Prezident pandemiya ilə mübarizə dövründə mühüm sosial-iqtisadi layihələrini reallığa çevirir

 

 

Bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus bəlası yalnız sağlığa təhdid deyil, makroiqtisadi siyasətdən tutmuş qlobal ticarətədək bütün sahələrə mənfi təsirini göstərməklə həm sosial-iqtisadi problem olduğunu göstərir. Beş aydır dünya dövlətləri qlobal pandemiya ilə mübarizə aparırlar. Pandemiyanın yaratdığı iqtisadi şoklar fonunda bu il dünya iqtisadiyyatının 4 faiz azalacağı qeyd edilir.

Bununla belə Avropa Yenidənqurma İnkişaf Bankının regional iqtisadi perspektivlərə dair hesabatında bildirilir ki, gələn il Azərbaycan iqtisadiyyatı 3 faiz artacaq. Ekspertlər vergi güzəştləri məşğulluğa dəstək tədbirlərinin iqtisadi artım üçün şərait yaradacağını bildirirlər.

 

 

 

Pandemiya dövründə 9 yeni obyektin açılışı

 

 

Hazırda dünya böhran şəraitindədir. Pandemiyanın vurduğu zərərlərdən az itki ilə çıxmaq makroiqtisadi sabitliyi qorumaq üçün Azərbaycan hökuməti effektiv qabaqlayıcı tədbirlər həyata keçirir. Məqsəd həm iqtisadiyyata dəyən zərəri minimuma endirməkdir. Məhz pandemiya dövründə ölkədə heç bir sosial layihənin təxirə salınmaması qeyri-neft sənayesinin inkişafı da bunu təsdiqləyən reallıqdır.

Son 3 ayda, pandemiya dövründə ölkədə yaradılan müəssisələr, yenilənən yol infrastrukturu, açılan yeni obyektlər reallaşan sosial layihələrə nəzər yetirsək, buna şahidlik edərək:

- Bakıda "Yeni klinikatibb müəssisəsi;

- "Bakı Tekstil Fabrikitərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi;

- Bakıda modul tipli ilk xəstəxana kompleksi;

- "Gilan Tekstil Park”ın tibbi maska fabriki, qoruyucu kombinezonların istehsalı müəssisəsi;

- MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış kompleksi;

- "Azərenerji”nin Baş idarəetmə, elm, tədris laboratoriya kompleksi;

- Xızıdan Sumqayıt şəhərinə magistral qaz kəmərinin çəkilməsi;

- Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində piyada keçidi;

Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidən qurulması.

 

 

Müstəqillik tarixində ən böyük iqtisadi-sosial paket

 

Dövlət başçısı bu layihələrin hər birinin açılış mərasimində iştirak edərək öz xeyir-duasını da verir. Yəni bütün bunlar pandemiya dövründə cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülərək reallığa çevrilən sosial-iqtisadi layihələrdir. Həqiqətən , qlobal böhran dövründə bu cür layihələrin reallaşdırılması Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Bu uğurları şərtləndirən amillər isə, əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların nəticələridir.

Hər bir ölkədə pandemiya səbəbindən elan edilən karantin rejiminə görə əhalinin sosial durumu ilə bağlı müxtəlif proqramlar tətbiq edilib. Azərbaycanda isə Prezident İlham Əliyevin böyük iqtisadi-sosial paketi çərçivəsində dövlət dəstəyi proqramları qəbul edilib. İşləməyən vətəndaşın maaşını dövlət ödəyir, sahibkarlara muzdla işləyənlərə yardımlar, güzəştlər göstərilir, bir sözlə, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Artıq pandemiya nəticəsində zərərə məruz qalmış sahibkarlara 100 milyon manata yaxın maliyyə dəstəyi göstərilib.

Qeyd edək ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə fərdi (mikro) sahibkarlara Azərbaycan Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına maliyyə dəstəyinin ödənilməsi tapşırılıb.

Hazırda İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında xəzinədarlıq orqanları tərəfindən maliyyələşmə davam etdirilir.

Qəbul edilmiş bu proqramlara, ümumilikdə, 3,5 milyard manat, həcmində vəsaitin ayrılması da təsdiq edir ki, indiyədək Azərbaycan tarixində heç vaxt bu həcmli maliyyə tutumlu iqtisadi-sosial paket təqdim edilməyib.

Azərbaycan həm daxildə, həm xaricdə pandemiya ilə bağlı həyata keçirilən mübarizə tədbirlərinə əvəzsiz töhfələr verib. Ümumiyyətlə, ölkəmizin koronavirusla ümumbəşəri mübarizə istiqamətində göstərdiyi maddi-texniki, mənəvi dəstək jestləri dünya birliyi tərəfindən təqdir edilir. İndiyə qədər ölkəmiz 10-dan çox dövlətə maddi mənəvi yardımlar göstərib bu da onlar tərəfindən minnətdarlıqla qarşılanıb. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ilə mübarizə üçün 10 milyon dollar maddi dəstək göstərib.

 

 

Qlobal böhran dövründə maneəsiz tranzit daşımaları

 

Ölkə rəhbəri bütün çıxışlarında Azərbaycanın qlobal pandemiya dövründə iqtisadi imkanlarından, reallaşdırılan layihələrdən, etibarlı tranzit imkanlarından söz açaraq qeyd edir ki, bu çətin dövrdə də dövlət makroiqtisadi sabitliyin qorunması üçün düşünülmüş addımlar atır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə dövlət başçısı vurğuladı ki, pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi vacibdir.

Onlarca ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayan Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilibpandemiya dövründə də etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində də cənab İlham Əliyev bu məsələyə toxunaraq demişdi ki, Azərbaycan və Rusiya tranzit-logistika sahəsində işləri intensivləşdirmək barədə razılığa gəliblər. Yəni Azərbaycan etibarlı logistik imkanlarından qlobal pandemiya dövründə də yararlanmaqdadır.

Bəzi iqtisadçılar hesab edirlər ki, 2020-ci il dünya iqtisadiyyatı üçün "itirilmiş ilolacaq. Dünya dövlətlərinin iqtisadiyyatına çox böyük həcmdə dəyəcək zərər ağır fəsadlar törədəcəkdir. Ölkələrin əksəriyyəti borclanmağa məcbur olacaq. Lakin Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər, düşünülmüş siyasət, Prezident İlham Əliyevin müdrik qərarları ölkəmizin bu böhrandan az itki ilə çıxmasını təmin edəcək.

Əminliklə deyə bilərik ki, uğurla icra edilən bu yüksəliş strategiyasının təməlində düşünülmüş siyasət, düzgün aparılan islahatlar və ölkənin gələcəyi ilə bağlı mükəmməl proqramlar dayanır.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 15 may.- S.1;4.