Azərbaycan Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2020-ci ildə respublikanın ilk ali tibb
təhsili ocağının
- Azərbaycan Tibb Universitetinin təsis edilməsinin 90 illiyi tamam olur.
Bakı
Dövlət Universitetinin
tibb fakültəsinin
bazasında yaradılmış
Azərbaycan Tibb Universiteti ölkəmizin zəngin ənənələrə
malik ali
təhsil müəssisələrindəndir.
Azərbaycan səhiyyəsinin inkişafı tarixində
xüsusi mövqeyə
malik universitet öz fəaliyyətində
təhsili, elmi və tibbi daim
üzvi şəkildə
birləşdirmiş, ötən
illər ərzində
təbabətin ən
müxtəlif sahələri
üçün yüksək
bilikli və bacarıqlı kadrların
yetişməsində, həmçinin
mötəbər elmi
mərkəz kimi
fundamental tədqiqatların aparılmasında əhəmiyyətli
rol oynamışdır.
Tibb Universitetində beynəlxalq
əməkdaşlıq əlaqələrinin
davamlı genişləndirilməsi
və tibb təhsilinin müasir standartlara uyğunlaşdırılması
istiqamətində ardıcıl
həyata keçirilən
işlər təqdirəlayiqdir.
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və ölkədə tibb elmi və
təhsili sahəsində
yüksəkixtisaslı kadrların
hazırlanmasında mühüm
xidmətlərini nəzərə
alaraq, Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Tibb Universitetinin 90 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 2020-ci il
Azərbaycan.-2020.-
15 may.- S.2.