Qusar rayonunda həyətyanı sahələrin və
əkin sahələrinin su təminatının
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Qusar rayonunun Zuxul kəndində həyətyanı sahələrin
və əkin sahələrinin su təminatının
yaxşılaşdırılması məqsədilə
"Azərbaycan Respublikasının 2020-ci il dövlət
büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində
göstərilmiş məbləğin 652 000,0 (altı
yüz əlli iki min) manatı Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 2020-ci il
Azərbaycan.-2020.-
15 may.- S.2.