“Nağdsız hesablaşmalar
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Nağdsız hesablaşmalar
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 12, maddə 2053; 2017, ¹ 7, maddə 1288; 2019, ¹ 1, maddə
28) aşağıdakı dəyişikliklər
edilsin:
1. Aşağıdakı məzmunda
3.3-1-ci maddə əlavə
edilsin:
"3.3-1. Bilavasitə kənd təsərrüfatı
məhsullarının istehsalı
ilə bağlı mülki hüquqi xarakterli müqavilələr
əsasında mövsümi
işlərə cəlb
edilən fiziki şəxslər üzrə
gündəlik hər
bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin
yuxarı həddi iyirmi manat məbləğində
müəyyən edilir
və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə
daxil edilmir.”.
2.
3.5.4-cü maddənin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 3.5.5-ci maddə
əlavə edilsin:
"3.5.5.
xam dərinin
tədarükü (alışı).”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2020-ci il
Azərbaycan.-2020.-
16 may.- S.2.