“Sərhəd mühafizə
orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə
təhsili haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD
nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alır:
1. "Sərhəd mühafizü
orqanları haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 16, maddə
209; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 1, maddə 15; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə
133, ¹ 4, maddə 199; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddə
1078; 2013, ¹ 2, maddə 94; 2016, ¹ 1, maddə 10; 2017, ¹ 4, maddə
519, ¹ 12 (I kitab), maddə
2201; 2018, ¹ 7 (I kitab), maddə
1402) 2-ci maddəsinin ikinci
hissəsinin ikinci cümləsində "hərbi
peşə təhsili
məktəblərindən” sözləri "xüsusi
təyinatlı təhsil
müəssisələrindən” sözləri ilə əvəz edilsin.
2. "Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 9, maddə
684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə 3; 2015, ¹ 11, maddə
1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə 1766; 2017, ¹ 2, maddə
145, ¹ 5, maddə 691, ¹ 7, maddələr
1277, 1300, ¹ 12 (I kitab), maddə
2202; 2018, ¹ 7 (I kitab), maddələr
1381, 1409, ¹ 11, maddə 2208; 2019, ¹ 5, maddə 798, ¹ 7, maddə
1190, ¹ 8, maddə 1382, ¹ 11, maddə
1684, ¹ 12, maddə 1881) 14.8-1-ci maddəsində "dövlət,”
sözü "bütün
tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
elmi təşkilatın
magistratura səviyyəsində,
habelə” sözləri
ilə əvəz edilsin.
3. "Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 6, maddə 1152; 2019, ¹ 5, maddə 799, ¹ 6, maddə
986, ¹ 11, maddə 1685) 13.8-ci maddəsinin birinci cümləsində "Peşə”
sözü "Dövlət
peşə” sözləri
ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilverənlərin
attestasiyası keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel
2020-ci il
Azərbaycan.-2020.-
16 may.- S.3.