“Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, "Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1528-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alır:

Maddə 1. "Ətraf mühitin mühafizəsi haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 472; 2001, ¹ 3, maddə 148; 2002, ¹ 5, maddə 238; 2003, ¹ 4, maddə 178; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə 201; 2008, ¹ 2, maddə 47; 2009, ¹ 10, maddə 769; 2013, ¹ 3, maddə 209; 2014, ¹ 4, maddə 338, ¹ 10, maddə 1152; 2016, ¹ 12, maddə 2011; 2017, ¹ 2, maddə 142, ¹ 6, maddə 1013, 2018, ¹ 7 (I kitab), maddə 1398; 2019, ¹ 1, maddə 20) 62-ci maddəsinin ikinci hissəsinin 2.8-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 2.9-cu bənd əlavə edilsin:

 

"2.9. geoloji parklar.”.

 

Maddə 2. "Ovçuluq haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 5, maddə 316; 2005, ¹ 4, maddə 272; 2008, ¹ 6, maddə 460; 2014, ¹ 11, maddə 1355; 2015, ¹ 4, maddə 362) 21.2-ci maddəsində "milli təbiət parklarınınsözləri "milli, geoloji təbiət parklarınınsözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 478; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddələr 237, 241; 2003, ¹ 1, maddə 11, ¹ 6, maddə 256, ¹ 8, maddə 423; 2004, ¹ 2, maddə 59, ¹ 6, maddə 415, ¹ 10, maddə 761; 2006, ¹ 2, maddə 67, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 11, maddə 932; 2007, ¹ 1, maddə 3, ¹ 8, maddə 745; 2008, ¹ 5, maddə 348, ¹ 6, maddə 460, ¹ 8, maddə 707, ¹ 12, maddə 1048; 2009, ¹ 2, maddə 36; 2012, ¹ 6, maddə 497; 2013, ¹ 6, maddə 621; 2015, ¹ 3, maddə 244, ¹ 4, maddə 358, ¹ 10, maddə 1094; 2016, ¹ 1, maddələr 24, 27, ¹ 4, maddə 639; 2017, ¹ 1, maddə 24, ¹ 7, maddə 1301, ¹ 12 (I kitab), maddə 2271; 2018, ¹ 5, maddə 890, ¹ 6, maddələr 1184, 1185; 2019, ¹ 1, maddə 34, ¹ 3, maddə 392, ¹ 6, maddə 987) 26-cı maddəsində aşağıdakı dəyişiklər edilsin:

3.1. 1-ci hissədə "təbii (milli) dendrolojisözlərindən sonra ", geolojisözü əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:

"7. Geoloji parkların torpaqları xüsusi geoloji, coğrafi, tarixi, estetik dəyərə malik olan torpaq sahələri hesab edilir.”.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il

Azərbaycan.-2020.- 16 may.- S.3.