“Sərhəd
mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və
“Peşə təhsili haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2020-ci il 17 aprel tarixli
51-VIQD nömrəli Qanununun tətbiqi və
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli
156 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Sərhəd
mühafizə orqanları
haqqında”, "Təhsil
haqqında” və
"Peşə təhsili
haqqında” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2020-ci il
17 aprel tarixli 51-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun 14.8-1-ci maddəsində
nəzədə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
14.8-1-ci maddəsində "elmi təşkilat” dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə
tutulur.
2. "Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 9, maddə 685; 2012, ¹ 3, maddə 197, ¹ 4, maddə
289, ¹ 6, maddə 532; 2016, ¹ 1, maddə 76, ¹ 11, maddələr
1804, 1828, ¹ 12, maddə 2086; 2017, ¹ 7, maddə 1360, ¹ 10, maddə
1800, ¹ 12 (I kitab), maddə
2313; 2018, ¹ 2, maddə 216, ¹ 12 (I kitab), maddə 2545; 2019, ¹
3, maddələr 403, 405, ¹ 5, maddə 847, ¹ 8, maddə
1398) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci
bəndə "1.0.54-cü” sözlərindən sonra " ,14.8-1-ci” sözləri əlavə
edilsin;
2.2.
2.11-ci bəndə "1.0.54-cü,” sözlərindən sonra
"14.8-1-ci,” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2020-ci il
Azərbaycan.-2020.-
16 may.- S.3.