Azərbaycan Respublikası
Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında energetika və mədənçilik
sahələrində əməkdaşlığa dair Sazişin təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında energetika və mədənçilik
sahələrində əməkdaşlığa dair 2020-ci il
fevralın 25-də Bakı şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
2. Bu
Fərmanın 1-ci hissəsində göstərilən
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikasının Energetika Nazirliyi onun müddəalarının
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Türkiyə Respublikası Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2020-ci il
Azərbaycan.-2020.-
16 may.- S.3.