Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza Malta Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan yaxşı münasibətlər xalqlarımızın qarşılıqlı mənafeyi naminə bundan sonra daha da möhkəmlənməkdə davam edəcəkdir. İnanıram ki, qarşılıqlı maraq kəsb edən sahələrdə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün ölkələrimiz qarşısında aşkarlanması zəruri olan çoxsaylı imkanlar mövcuddur.
Bundan
əlavə, COVID-19 pandemiyasının yayılması ilə
bağlı yaranmış mövcud şəraitdə beynəlxalq
ictimaiyyətin həmrəylik nümayiş etdirməsi və
bütün ölkələrin bəşəriyyət
qarşısında presedenti olmayan bu çətinliyin öhdəsindən
gəlmələri üçün güclərini birləşdirmələri
mütləqdir.
Fürsətdən
istifadə edərək, Sizə möhkəm
cansağlığı və əmin-amanlıq, ölkənizə
sülh, tərəqqi və firavanlıq arzu edirəm.
Zatı-aliləri,
Sizə olan ən yüksək hörmət və
ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Corc Vella
Malta Respublikasının
Prezidenti
Azərbaycan.-2020.-
16 may.- S.3.