Azərbaycan Respublikası
Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında gənclər və idman sahələrində
əməkdaşlıq haqqında Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında gənclər və
idman sahələrində əməkdaşlıq haqqında
2020-ci il fevralın 25-də Bakı şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
2. Bu
Fərmanın 1-ci hissəsində göstərilən
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi onun
müddəalarının həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Türkiyə Respublikası Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2020-ci il
Azərbaycan.-2020.-
17 may.- S.1.