Dostluqstrateji tərəfdaşlığın mühüm təzahürü

 

Münasibətlərin dərinləşməsi ABŞ - Azərbaycan əməkdaşlığına impuls veriryeni seqmentlər qatır

 

Beynəlxalq birliyin fəal üzvlərindən birinə çevrilən Azərbaycan etibarlı tərəfdaş kimi regiondadünyada mehriban qonşuluq siyasəti yürüdürböyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir.

Son illərdə isə bir çox dövlətlərlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək daha da şaxələnməkdədir. Elə strateji tərəfdaşlar olan Azərbaycan - ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişafı da bu baxımdan diqqəti daha çox cəlb edir.

Bu bir həqiqətdir ki, Amerika Birləşmiş Ştatları bu gün dünyanın qüdrətli dövləti hesab olunur və Azərbaycanın etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxilixarici siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi, Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevirmə istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi Birləşmiş Ştatların diqqətini cəlb etməyə bilməz.

Siyasi, iqtisadi, sosialhumanitar sahələrdə keyfiyyətcə yeni xarakter alan və beynəlxalq münasibətlər sistemində güclü siyasi arxitekturaya çevrilən Azərbaycan - ABŞ əlaqələri pozitiv şaxə alaraq daha dərin məna və məzmun kəsb etməkdədir. Hər iki ölkənin formalaşdırdığı genişgüclü əməkdaşlıq platforması regionda dinamikliyiuzunömürlü humanitar gələcək üçün siyasi hərarəti ilə diqqəti cəlb edir. Münasibətlərin dərinləşməsinə hər il bir çox iqtisadi komponentlərin əlavə olunması ABŞ - Azərbaycan əməkdaşlığına impuls veriryeni seqmentlər qatır.

Bu günlərdə ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu da təsdiq etdi ki, iki dövlət arasında hər zaman yüksək siyasi münasibətlər mövcuddur.

Prezident İlham Əliyevə və Azərbaycan xalqına səmimi salamlarını çatdıran Donald Tramp məktubunda vurğulayır ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir.

ABŞ və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. "Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”, - deyə Donald Tramp məktubunda bildirir.

30 illik əməkdaşlıqdan söz açan Donald Tramp Azərbaycanı beynəlxalq aləmin mühüm faktoru, təhlükəsizlik və enerji təminatçısı kimi dəyərləndirir. Məktubda ABŞ və Azərbaycan nəzərdə tutularaq iki böyük xalq və dövlət ifadəsindən istifadə olunur. ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlugüclü dövlət olaraq qəbul edir. Bu, Azərbaycan və ABŞ arasında yaxın tərəfdaşlıq münasibətlərinin təsdiqi kimi səciyyələndirilməlidir.

Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidentibaş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və təşkilatın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda dövlət başçımız ABŞ Prezidentinin məktubunu yüksək dəyərləndirib: "Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda o, xüsusi olaraq qeyd edir ki, iki böyük dövlət gələcəkdə daha çox işlər görəcək”. Dövlət başçısı bunu ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürü adlandırıb.

Donald Trampın cənab İlham Əliyevə ünvanladığı təbrik məktubu bir daha ABŞ ilə Azərbaycan arasında olan münasibətlərin bundan sonrakı mərhələdə də bütün sahələr üzrə daha da inkişaf edəcəyini təsdiqləyir. Həmçinin məktubda olan bir məqam ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyi, beləliklə də ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına güclü dəstəyi kimi xarakterizə edilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq sülh, sabitlikqlobal inkişafa verdiyi əhəmiyyətli töhfələri ABŞ dövlət başçısı tərəfindən təqdir olunur.

Həqiqətən, bu istiqamətlərdə Azərbaycanın onilliklər ərzində oynadığı mühüm rol danılmazdır. Azərbaycan beynəlxalq terrorçuluq, radikalizm, ekstremizmtransmilli mütəşəkkil cinayətkarlıq, Əfqanıstan da daxil olmaqla dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstək, qlobal inkişafa yardım, enerji infrastrukturlarının genişləndirilməsi kimi istiqamətlər üzrə ABŞ-la sıx əməkdaşlıq edir.

Bir sözlə, cənab İlham Əliyevin ölkəmizin hərtərəfli uğurları, gələcək perspektivləri, həyata keçirilən qlobal enerjikommunikasiya layihələri ilə bağlı fikirləri ABŞ rəsmiləri və ictimai-siyasi xadimləri tərəfindən hər zaman rəğbətlə qarşılanıb, Azərbaycan haqqında daha dolğun, hərtərəfli və obyektiv rəy formalaşdırıb. ABŞ Prezidenti Donald Trampın son məktubu da bunu təsdiq edir.

Bir daha bəlli oldu ki, ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır. Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi əlaqələrin möhkəmlənməsi, bütövlükdə, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 17 may.- S.1-2.