Paşinyan Ermənistanı sürətlə iflasa aparır

 

Sosial-iqtisadi sahədə yaranan problemlər bu ölkədə əhalinin narazılığını daha da artırıb

 

 

Ermənistanda sürətlə pisləşən vəziyyət mövcud hakimiyyətdən narazılığı daha da artırır. Amma görünən budur ki, Nikol Paşinyan üçün bunlar hansısa önəm kəsb etmir. Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın açıqlamaları da bunu təsdiq edir. Belə ki, Minasyan yeni hökumətin və xüsusən Nikol Paşinyanın korrupsioner fəaliyyəti ilə bağlı ifşaedici silsilə ittihamlarını davam etdirib.

Minasyan insanların həyatına, həmçinin Ermənistan hakimiyyətinin beynəlxalq mafiya ilə anlaşması mövzularına toxunub: "Deyim ki, Nikol Paşinyan, ümumiyyətlə, populist deyil. Paşinyanın çoxdankı arzusu idi ki, milyarder Hagik Tsarukyandan daha yaxşı yaşamaq və keyfiyyətli bir həyat tərzi keçirməklə öyünsün. Paşinyan populizm qanunlarını pozdu, o, dövlət oliqarxından başqa heç kim deyil”.

Serj Sarkisyanın kürəkəni Paşinyana ailə üzvləri üçün 600-700 min dollara maşınlar aldığını xatırladıb. Onun sözlərinə görə, birinci şəxsin və ailəsinin təhlükəsizliyini təmin etmək üçün bu qədər maşın son 30 ildə Ermənistanda heç kimdə olmayıb. Minasyan deyib ki, bu heç cür populizmlə əlaqəli deyil: "Həyat yoldaşı ilə məsələn, Milanda "La Skala” operasına və Müqəddəs Lazar adasına səyahətlərin də populizmlə heç bir əlaqəsi yoxdur. Bu, xalqın hesabına edilir, on minlərlə dollar xərclənir.

Eyni zamanda İtaliyaya etdiyi səfərin nəticələrindən sonra Paşinyan iki şeyə nail oldu: inanılmaz məbləğlər mənasız yerə xərcləndi və o, Mikael Minasyanın Vatikanın zirzəmilərində gizləndiyini söyləməklə İtaliya Senatının sədri ilə mübahisəyə girdi”.

Minasyan deyib ki, hazırda Ermənistanda iki qrup yaranıb: əvvəllər o qədər də yaxşı yaşamayanindi hakimiyyətdə olan, xalqın hesabına cah-calal içərisində yaşayan insanlar və xalqın özü, hansı ki, əvvəllər pis yaşayırdı və indi daha pis yaşayır. Onun sözlərinə görə, Paşinyan tezliklə baş nazir postunu itirəcəyini başa düşürmümkün qədər çox sərvət toplamağa çalışır.

Erməni mediası da yazır ki, Paşinyan yeni baş nazir seçildiyi zaman hər kəsə sehrli bir çubuq olduğunubütün problemləri çox tez həll edəcəyinə əmin edirdi. Ancaq həyat göstərdi ki, bu aldatmadır. Daha sonra Paşinyan insanları manipulyasiya etmək üçün təkrarolunmaz bacarığından dəfələrlə istifadə edərək, hakimiyyətin misli görünməmiş müvəffəqiyyəti haqqında "faktlar” səsləndirməyə başladı. Bəziləri inanırdı, bu gün yenə də inanırlar, bəziləri inanmırdı və hələ də inanmırlar. Yeri gəlmişkən, ikinci qrupa daxil olanların sayı getdikcə artır. İnsanlar bu görünməmiş nailiyyətlərdən, yüksək iqtisadi artımdan, inanılmaz uğurlardan sonra da həyatlarında heç nə dəyişmədiyini görürlər.

"168.am” nəşri yazır ki, Paşinyan baş nazir seçiləndə Ermənistanı investisiya cənnətinə çevirəcəyinə söz verirdi, amma tezliklə bunun heç bir əsası olmadığı məlum oldu: "Əksinə, hakimiyyət investisiya qoyulmaması üçün hər şeyi etdi və etməkdə davam edir. İki ilin nəticələri də göz qabağındadır. Ermənistan iqtisadiyyatı xarici kapitalı cəlb etmir, onun marağını kəsb etmir. Birbaşa investisiyalar artmır. Daha da artıq hakimiyyətin yüngül əli ilə kapital ölkəni tərk edir. Sonra iqtisadi sıçrayış və iqtisadi inqilab dövrü gəlməli idi. Lakin xaricdən investisiya qoyulmadığı üçün bankların verdikləri kreditlərin iqtisadi inqilabın hərəkətverici qüvvəsinə çevrilməli olduğu bildirildi. İqtisadiyyatı kreditlərlə, xüsusən də yüksək kreditlərlə inkişaf etdirməyin çətin olduğu yenilik deyil. Bu, tez bir zamanda özünü büruzə verdi. Düzdür, hökumət dəyişikliyindən sonra bankların kredit portfeli kifayət qədər yüksək sürətlə böyüməyə başladı, lakin sonra məlum oldu ki, hətta kredit kapitalı da iqtisadiyyatın real sektoruna girməyə hazır deyil”.

Bildirilir ki, kredit portfelinin artımı, əsasən, istehlak-ipoteka kreditləri hesabına baş verir. Bunlar o qədər ağırlaşdılar ki, bank sistemi üçün təhlükə yaratmağa başladılar. Sonra Mərkəzi bank etiraf etməli oldu ki, əhaliyə verilən kredit yükü gəlirlərindən daha sürətli artaraq yük olub. Buna görə də məhdudiyyətlər qoymağın vaxtı çatıb. Bir çoxları gəlirlərinə bu neçə min dramın əlavə edilməsini belə hiss etmirdilər. Bunun əvəzinə hakim elita bu şəraitdə özünü tam mükafatlarla əhatə edirdi. Bir gün Paşinyanın xalqdan gizli büdcə hesabına yüksəkvəzifəli məmurlara mükafat payladıqları, maaşlarını bir neçə yüz min drama qədər artırdıqları bəlli olmasaydı, bu açıqlanmayacaqdı.

Qeyd olunur ki, bu mükafatlandırma bir çoxlarının yaşamaq uğrunda ölüm-dirim savaşı apardığı bir vaxtda baş verir. Sonra böyük depressiya dövrü gəldi, daha yaxşı bir həyat ümidlərini hələ itirməmiş insanları sarsıdan epidemiya başladı. İqtisadiyyat böhran içindədir. Bu böhrandan çıxma perspektivləri hələ olduqca qeyri-müəyyəndir. Bu il iqtisadiyyatda artım olacağına heç bir ümid yoxdur. Dövlət büdcəsi qeyri-düzgün işləmə riski ilə üzləşir. Hökumət büdcə öhdəliklərini yerinə yetirmək üçün xaricdən əlavə pul borc almalı olur. Həmişə kreditlərə qarşı olan Paşinyan üçün dövlət borcu yükünün onunla ağırlaşması artıq mümkün deyil.

Xalq inqilab edərək "xalqın baş nazirini” hakimiyyətə gətirərkən, yaxşı yaşamaq üçün iki il sonra acı reallıqla üzləşməli oldu. Bu gün ölkədəki sosial vəziyyət hakimiyyət dəyişikliyindən əvvəlki vəziyyətdən daha gərgindir. Bir çox insan gündəlik çörək problemini həll etmək faktı ilə üzləşib. Minlərlə vətəndaş işini itirib və onların sayı artmaqda davam edir.

Vurğulanır ki, işsizliyin artacağı ilə yanaşı, yoxsulluğun artması da gözlənilir. Bütün bunlar insanların həyat və yaşayış şəraitini ciddi şəkildə yaxşılaşdıracaqlarına, maaşların artırılmasına və yerlərinin açılmasına, işsizliyinyoxsulluğun azaldılmasına söz verən həmin "inqilabdan 2 il sonra baş verir.

Hesab edilir ki, bu gedişlə Ermənistan Paşinyan dönəmində daha sürətlə məhvə doğru gedəcək.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 17 may.- S.1;8.