“Ölkənin bütün
incəsənət xadimləri hər zaman
sizin uzaqgörən siyasətinizi dəstəkləyirlər”
Akademik Musiqili Teatrın kollektivi
Prezidentə təşəkkür etdi
Ölkə Prezidenti İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinə fərdi təqaüd və mükafatların verilməsi ilə bağlı imzaladığı sərəncamla mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları da var. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev rəhbərlik etdiyi kollektivin adından cənab İlham Əliyevə sənət adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Tanınmış rejissor və teatr rəhbəri dövlət başçısına ünvanladığı müraciətində minnətdarlığını belə ifadə edib:
"Möhtərəm cənab Prezident, Akademik Musiqili Teatrın çoxsaylı kollektivi adından sizə dərin minnətdarlığımı bildirirəm. İmzaladığınız sərəncamla Prezident mükafatına layiq görülənlər arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı şəxslərinin də olması bizi hədsiz sevindirdi.
Belə çətin və səksəkəli şəraitdə, bəşəriyyətin koronavirus adlı qorxunc düşmənlə üz-üzə qaldığı bir vaxtda siz ölkənin ən həssas insanlarını - yaradıcı şəxslərini yenə də unutmadınız. Bəşəriyyətin min bir problemlə üzləşdiyi bir vaxtda nə qədər incəsənət xadiminə və onların ailəsinə diqqət və qayğınızı bir daha göstərdiniz. Biz xarici mətbuatdan da izləyib görürük ki, dünyanın heç bir yerində incəsənət adamlarına bu qədər diqqət və qayğı yoxdur. Məhz buna görə də sevincimiz hədsizdir. Biz qürur duyuruq ki, Azərbaycan adlı bir məmləkətin vətəndaşlarıyıq. Fəxr edirik ki, daim xalqının, millətinin yanında olan, əməlləri ilə dünyanın dörd bir yanında yaşayan hər bir azərbaycanlının prezidenti ola bilən, yaradıcı əməyə xüsusi dəyər verən sizin kimi bir dövlət başçımız var.
Ölkəmizdə mədəniyyət, incəsənət və elm sahəsinə göstərilən dövlət qayğısı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində prioritet məsələ olaraq həyata keçirilib. Ümummilli Liderimizin bu siyasəti hazırda sizin tərəfinizdən böyük uğurla davam etdirilir. Siz həmişə xalqın rifahı, onun rahat və hüzur içində yaşaması barədə düşünürsünüz. Xüsusən bu son hadisələr koronavirus pandemiyası dövründə sizin insanlara nə qədər yaxın olduğunuzu bir daha aydın göstərdi. Doğma və qayğıkeş münasibətinizlə hər birimiz üçün nə qədər əziyyət çəkirsiniz. İstər siz, istərsə də ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə xalqın yanındasınız.
Əziz Prezidentimiz! Biz - ölkənin bütün
incəsənət xadimləri hər zaman
sizin uzaqgörən siyasətinizi dəstəkləyir
və təbliğ edirik. Biz inanırıq ki, dünyamız üçün
belə çətin sınaq günlərində bu bəladan az itkilərlə
və alnıaçıq çıxmaq üçün
məqamında verdiyiniz qərarlar,
apardığınız islahatlar, ölkəmizin
təhlükəsizliyi naminə atdığınız hər
bir addım öz bəhrəsini
verəcək. Bir daha
sizə minnətdarlığımızı bildirir,
çətin və şərəfli fəaliyyətinizdə
uğurlar arzulayırıq”.
Azərbaycan.-2020.- 17 may.- S.2.