Sağlamlığımızı gözəlliyimizə qurban verməyək

 

Xidmət sahələrində koronavirusun yayılmaması üçün metodik göstərişlərə əməl olunmalıdır

 

 

Artıq 4 gündür xüsusi karantin rejimi dövründə tətbiq edilən bir sıra məhdudiyyətlər yumşaldılaraq müxtəlif ticarət, xidmət sahələrində, ofislərdə, eləcə də bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunub. Bəs koronavirus təhlükəsinin hələ sovuşmadığı, infeksiyaya yoluxma hallarının davam etdiyi müddətdə xidmətlərindən istifadəyə zərurət duyduğumuz bu sahələrdə sağlamlığımızı necə qoruyaq?

Nazirlər Kabineti yanında Operativ Qərargah xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması, profilaktikası məqsədilə metodik göstərişlər hazırlayıb. Bu göstərişlərə əsasən, müəssisələrdə sanitar məişət otaqları (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanmalıdır. Müəssisə təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə, əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərlə, birdəfəlik istifadə üçün salfetlərlə, əməkdaşlar yetərli sayda tibbi maska və əlcəklərlə daimi olaraq təmin olunmalıdır. Xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə zəruridir. İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbalar qoyulmalı və bu tullantılar müvafiq qaydada məhv edilməlidir.

 

 

Dezinfeksiya edilməsi vacib olan sahələr

 

 

Müəssisədə təmizlik-dezinfeksiya işləri saatı ərzində mütəmadi olaraq, əsasən işlək sahələrdə (giriş-çıxış, kassas.), saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır. Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

Xidmət sahələrində dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:

- giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

- qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);

- istehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

- məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli məhlul və ya digər);

- çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);

- döşəmələr (xlor tərkibli məhlul və ya digər);

- soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

- soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);

- sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

- anbarlar (xlor tərkibli məhlul və ya digər);

- tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

- tullantı qabları (spirt tərkibli məhlul və ya digər);

- ödəniş terminalları (spirt tərkibli məhlul ya digər);

- kassada yerləşən konveyerlər (spirt tərkibli məhlul ya digər).

 

 

İşçi heyətin şəxsi gigiyenası müayinəsi

 

 

Xidmət sahəsində çalışan işçi heyəti şəxsi gigiyena qaydalarına riayət etməlidir. İşə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına ya dezinfeksiyasına nəzarət edilməlidir. İşçinin əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməli, bununla bağlı tibb müəssisəsinə dərhal müraciət olunmalıdır.

Xidmət sahələrində çalışan işçilərin gündəlik müayinəsinə dair tövsiyələr medotiki göstərişlər əksini tapıb. Belə ki, zamanı özündə COVID-19-a spesifik olan əlamət hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY-ə müraciət edilməlidir:

- xəstəlik əlaməti olan işçinin yeri dezinfeksiya edilməlidir;

- həmin işçidə laborator üsul ilə

COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdırlar.

 

 

Tibbi maskalardan ümumi istifadə qaydaları

 

 

Qapalı məkanlarda tibbi maskadan istifadəsi mütləq şərtdir. Maskalar ağız burun nahiyəsini səliqəli örtməklə, üz maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır. Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır). Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun su ilə təmiz yuyulmalıdır. Maska çirkləndikdə ya nəmləndikdə dəyişdirilməsi vacibdir. Birdəfəlik maskalardan təkrar istifadə etmək olmaz. Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi kənarlaşdırılması zəruridir.

 

 

Əllərin gigiyenasına dair tövsiyələr

 

 

- Əllər axar su ilə isladılmalı sabun ilə sürtülməlidir;

- əllər sabunla birlikdə ovuşdurulmalıdır. Barmaqların dırnaqların arası yaxşı sabunlanmalıdır;

- sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalıdır;

- əllər axar suyun altında mükəmməl durulanmalıdır;

- əllər təmiz salfetlərlə qurulanmalıdır;

- sabun ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməlidir.

Metodik göstərişlərdə qeyd olunub ki, geyim satışı obyektlərində dəyişmə otaqlarından, kosmetika ətriyyat satışı dükanlarında isə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır. Qızıl, digər bəzək əşyalarının satışı lombard fəaliyyəti müəssisələrində, eləcə mobil cihazların, ehtiyat hissələrinin aksessuarlarının satışı təmiri mərkəzlərində müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl sonra əllər dezinfeksiya olunmalıdır.

 

Bərbər gözəllik salonları bu qaydalara riayət etməlidirlər

 

Əhali tərəfindən fəaliyyətə başlaması səbirsizliklə gözlənilən sahələrindən biri də bərbər və gözəllik salonlarıdır. Bu sahələrdən istifadə sıx olduğu üçün həm orda çalışan işçilər, həm də vətəndaşlar aşağıdakı metodik göstərişləri mütləq bilməlidirlər:

- onlayn növbə qəbul sisteminin tətbiqi;

- əllərin yuyulması: proseslərindən əvvəl sonra əllər mütləq yuyulmalıdır;

- önlüyü: bərbərlər onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;

- müştəri önlüyü: xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;

- əməkdaşların müştərilərin tibbi maskadan istifadəsi məcburidir;

- kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska əlcəkdən istifadəsi məcburidir;

- dəsmalların istifadəsi: hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;

- qayçı, ülgüc, təraş maşınlarının başlıqları istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir;

- ülgüc, epilyasiya iynə ucları kimi deşici kəsici alətlər tibbi tullantı qutusuna atılmalı tibbi tullantı kimi ləğv edilməlidir;

- qayçılar ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

Sadalanan tövsiyələrə riayət etmək hər kəsin sağlamlığı naminə mütləq zəruridir. Vətəndaş özü bu baxımdan diqqətli məsuliyyətli olmalıdır. Yaxşı olar ki, özünüzün ayrıca kosmetik alətləriniz, qayçı, daraq, ülgüc təraş maşınınız olsun. Əgər yoxdursa, usta tərəfindən yuxarıda sadalanan təlimatlara əməl olunmasına diqqət yetirin. Hər hansı xidmət sahəsində bu qaydaların tətbiqinə dair laqeydlik gördükdə onlara riayət olunmasını tələb edin. Bu, sizin haqqınızdır. Ən əsası isə sağlamlığınızı qorumaq üçün vacibdir. Deyirlər, gözəllik qurban tələb edir. Çalışın, sağlamlığınızı gözəlliyinizə qurban verməyəsiniz.

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 17 may.- S.7.