Prezidentlər ikitərəf li münasibətlərin inkişafından məmnundurlar
Mayın 18-də Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Moldova Respublikasının Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Moldova Prezidenti İqor Dodon dövlətimizin başçısı İlham Əliyevi salamlayaraq dedi:
-Sabahınız xeyir.
Prezident İlham Əliyev: Sabahınız xeyir.
Prezident İqor Dodon: Hörmətli cənab Prezident, hörmətli dostumuz. Sizinlə heç olmasa belə rejimdə ünsiyyət qurmaq imkanına görə çox şadam. Əvvələn, Sizi ötən böyük bayram – Qələbə Günü münasibətilə təbrik etmək istərdim. Həmçinin pandemiyaya qarşı mübarizədə bizə kömək göstərmək barədə qəbul etdiyiniz qərara görə təşəkkürümü bildirmək istərdim. Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər. Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz. Ümidvaram ki, əməkdaşlığımızın bu və digər bəndləri barədə bu gün biz telekonfrans rejimində söhbət açacağıq.
Prezident İlham
Əliyev: Bəli. Sizi görməyimə
çox şadam,
hörmətli cənab Prezident. Mən də
Sizi və Sizin şəxsinizdə
bütün Moldova
xalqını ötən Qələbə bayramı
münasibətilə təbrik etmək istərdim. Bizim ölkələrimizdə bu
bayram həmişə çox
əziz tutulur. Bizim Qələbəmiz
uğrunda canlarından keçənlərin
xatirəsini əziz tutmağımız fərəhlidir.
Hazırda sağ olanlar,
- düzdür, onların sayı getdikcə
azalır, - ölkələrimizdə böyük
hörmətə sahibdirlər. Əlbəttə ki, biz ikitərəfli planda daim aktiv
qarşılıqlı fəaliyyətə istiqamətlənmişik.
Mən sizinlə həm Bakıda, həm də beynəlxalq məkanlarda
görüşlərimizi xatırlayıram. Buna
görə də Azərbaycanın bu
çətin gündə Moldovaya həmrəylik
göstərməsi təbiidir. Çünki
məhz çətin vaxtda bir-birinə dəstək
göstərilməlidir. Hamıda hər şey
yaxşı olanda hamı bir-birini
təbrik edir və uğurlarına sevinir. Lakin ağır dəqiqədə,
əlbəttə ki, imkan
daxilində biz bir-birimizi
dəstəkləməliyik. Mən Sizin bununla bağlı məktubunuza
və həmçinin bu gün
bunu qeyd etdiyinizə
görə təşəkkür edirəm. Əlbəttə
ki, pandemiya bütün ölkələrdə hadisələrin
gedişatına, o cümlədən beynəlxalq
siyasət məsələlərinə öz
təsirini göstərib. Lakin müasir texnologiyalar fəal
işləməyə və hətta bu
rejimdə ünsiyyət qurmağa imkan verir. Beləliklə,
əminəm ki, bugünkü
müzakirəmiz də çox faydalı
olacaq və nəticəyə istiqamətlənəcək.
Söhbət
zamanı dövlət başçıları koronavirus pandemiyasi
ilə mübarizə sahəsində həyata keçirilən
tədbirlər barədə fikir mübadiləsi apardılar,
pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan
qaldırılması istiqamətində gələcəkdə
görüləcək işlərdən
danışdılar.
Prezident İlham Əliyev və Prezident İqor Dodon ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edərək siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdilər.
Söhbət zamanı dövlət başçıları pandemiya başa çatdıqdan sonrakı dövrdə ölkələrimiz arasındakı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi məsələlərinə toxunaraq bildirdilər ki, ticarət, iqtisadiyyat, nəqliyyat, energetika və digər sahələrdə əlaqələrimizin genişləndirilməsi, eləcə də investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar var. Prezidentlər bu baxımdan postpandemiya dövründə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin iqtisadi əməkdaşlığımızın möhkəmlənməsi işinə töhfə verəcəyini vurğuladılar.
Dövlət
başçıları, eyni zamanda, ölkələrimizin
biznes dairələri arasında əlaqələrin genişləndirilməsi
və gələcəkdə biznes forumun keçirilməsi
perspektivlərini də müzakirə etdilər. Moldova Prezidenti dövlətimizin
başçısını ölkəsinə rəsmi səfərlə
bağlı dəvətini bir daha diqqətə çatdırdı. Prezident İlham Əliyev
də öz növbəsində, münasib vaxtda Moldova Prezidenti İqor Dodonu Azərbaycana
rəsmi səfərə dəvət etdi.
Azərbaycan.-2020.- 19 may.- S.1.