Əməkdaşlığın
postpandemiya dövründə inkişaf perspektivləri
müzakirə edilib
Mayın
18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng
edib.
Telefon
söhbəti zamanı dövlət başçıları
koronavirus pandemiyası ilə mübarizə sahəsində
görülən işlərdən danışıb, bu
istiqamətdə ölkələrimizin sərhəd-keçid
məntəqələrində qarşılıqlı əlaqələndirmə
şəraitində həyata keçirilən tədbirlər
barədə fikir mübadiləsi aparıblar.
Dövlət
başçıları Azərbaycanla Rusiya arasında strateji
tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə
uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın
postpandemiya dövründə inkişaf perspektivlərini də
müzakirə ediblər.
Azərbaycan.-2020.- 19 may.- S.1.