Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Kənd təsərrüfatı məhsulları
istehsalının subsidiyalaşdırılması
Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 6, maddə
1050, ¹ 12, maddə 1939) ilə
təsdiq edilmiş
"Kənd təsərrüfatı
məhsulları istehsalının
subsidiyalaşdırılması Qaydası”na aşağıdakı
məzmunda 2.7-1-ci bənd
əlavə edilsin:
"2.7-1.
Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına
bitkiçilik və heyvandarlıq sahələri
üzrə subsidiyaların
ödənilməsi məqsədilə
subsidiya məbləğləri
köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri
Agentliyin müvəkkil
bankla razılaşdırılmış
sifarişi əsasında
hər il dövlət büdcəsindən
ayrılan vəsait hesabına həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 may 2020-ci il
Azərbaycan.-2020.-
19 may.- S.3.