XİN Laçın rayonunun Ermənistan silahlı qüvvələri
tərəfindən işğalının 28-ci ildönümünü ilə əlaqədar
açıqlama yayıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümünü ilə əlaqədar açıqlama yayıb.
XİN-dən AZƏRTAC-a bildiriblər
ki, açıqlamada deyilir:
"Mayın 18-də Azərbaycanın Laçın
rayonunun Ermənistan silahlı qüvvələri
tərəfindən işğalının
28 ili tamam olur.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunun işğalı nəticəsində 237 nəfər
həlak olub, 67 nəfər isə itkin düşüb. Bölgənin əhalisi etnik təmizləməyə məruz
qalıb və hazırda 77 min 700 Laçın
sakini Azərbaycanın
müxtəlif bölgələrində
məcburi köçkün
şəraitində yaşayır.
Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı
təcavüz siyasətinin
davamı olan bu işğal rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə
ki, 217 mədəniyyət,
101 təhsil, 142 səhiyyə
müəssisəsi, 462 ticarət,
30 rabitə, 2 avtonəqliyyat
və müxtəlif təyinatlı istehsal müəssisələri məhv
edilib. Həmçinin yerli və dünya əhəmiyyətli
çoxsaylı tarixi
abidə vandalizmə məruz qalıb. O cümlədən VI əsrə
aid Alban Ağoğlan məbədi,
XIV əsrə aid Məlik
Əjdər türbəsi,
Qaraqışlaq kəndində
məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib, Laçın Tarix Muzeyi və
onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan olunub.
Təcavüzkar Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində
olduğu kimi, Laçın rayonunda da beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə
konvensiyaları ilə
üzərinə düşən
öhdəliklərini kobud
şəkildə pozaraq
bu ərazidə qeyri-qanuni fəaliyyəti
davam etdirir. Coğrafi adlar
dəyişdirilir, rayonun
təbii resursları talan edilir, qanunsuz
infrastruktur dəyişiklikləri
həyata keçirilir,
burada məqsədyönlü
məskunlaşma siyasəti
aparılaraq bölgənin
demoqrafik tərkibi dəyişdirilir.
Məlum
olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin
"Çıraqov və
digərləri Ermənistana
qarşı” işi üzrə Azərbaycanın
Laçın rayonundan
qovulmuş Azərbaycan
vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar
qəbul edilərək
onların İnsan Hüquqları və
Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu
təsbit edib. Həmçinin bu qərarın 19-20-ci paraqraflarında
Laçın rayonu, ələlxüsus Laçın
şəhərinin hərbi
hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında
Laçının havadan
bombardman edilməsi və bunun nəticəsində
çoxlu sayda evlərin dağıdılması,
şəhərin talan
edilməsi və yandırılması, hərbi
münaqişə dövründə
Laçın və ətraf kəndlərin tamamilə dağıdılması
öz təsdiqini tapıb.
Azərbaycanın ərazi bütövlüyünü,
suverenliyini və Dağlıq Qarabağın
Azərbaycanın ayrılmaz
hissəsi olduğunu bir daha təsdiq
edərək işğalçı
qüvvələrin zəbt
olunmuş ərazilərdən
dərhal, qeyd-şərtsiz
və tam çıxarılmasını
tələb edən
BMT Təhlükəsizlik Şurasının
1993-cü il tarixli
822, 853, 874 və 884 saylı
qətnamələrinə, habelə digər beynəlxalq təşkilatların
çoxsaylı qərar
və qətnamələrinə
məhəl qoymayan Ermənistan münaqişənin
sülh yolu ilə həlli pərdəsi arxasında Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində
və ətraf rayonlarında işğala
əsaslanan status-kvo rejimini möhkəmləndirməyə
çalışır, Azərbaycanın
işğal olunmuş
ərazilərinin ilhaq
edilməsi siyasətini
yürüdür.
Lakin dəyişməyən bir həqiqət var – Laçın, işğal olunmuş Dağlıq Qarabağ və ətraf digər rayonlar da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınır, Azərbaycan ərazilərinin işğalının nəticələri birmənalı şəkildə rədd edilir. Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların məqsədi münaqişənin nəticələrinin aradan qaldırılması, beləliklə də Azərbaycan torpaqlarının işğalına son qoyulması və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin fundamental hüquqlarının bərpa edilməsidir. Beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Xartiyasında əks olunan norma və prinsipləri münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin əsasını təşkil edir. Ermənistanın danışıqlar prosesinin əsassız şəkildə, yalan və saxtakarlıqla uzatması cəhdləri qəbuledilməzdir və bölgədə sülhün təmin olunmasına başlıca maneədir.
Münaqişənin ağır fəsadlarının
aradan qaldırılması beynəlxalq
ictimaiyyətinin öhdəliyi olmaqla
yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi
kimi Azərbaycan dövlətinin
ayrılmaz hüququdur”.
Azərbaycan.-2020.- 19 may.- S.6.