Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Mən bu gözəl fürsətdən istifadə edərək dost ölkələrimizin maraqları naminə ikitərəfli münasibətlərimizin bütün sahələrdə daha da inkişafını ürəkdən arzuladığımı bildirirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Böyük hörmət və ehtiramla,

 

Əbdülfəttah əs-Sisi

Misir Ərəb Respublikasının Prezidenti

Azərbaycan.-2020.- 20 may.- S.3.