Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sinqapur xalqı adından Sizə və xalqınıza səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı və əmin-amanlığı naminə ən xoş arzularımı çatdırıram. COVID-19 pandemiyasının bütün dünyada yayıldığı bir vaxtda birgə səy göstərilməsinə və daha geniş beynəlxalq əməkdaşlığa zərurət vardır. Sinqapur pandemiyanın təsirinin yumşaldılması, qlobal ticarət və məhsul təchizatı zəncirindəki əlaqələrə dəyən ziyanın azaldılması məqsədilə beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirəcəkdir.

 

Hörmətlə,

Xanım Həlimə Yaqub

Sinqapur Respublikasının Prezidenti

Azərbaycan.-2020.- 20 may.- S.3.