Dmitri Savelyev: Hər hansı xalqda
millətçiliyin hər hansı təzahürü qəbuledilməzdir
Elə məsələlər var ki, onlara münasibətdə güzəştə getmək olmaz: istər faşizm üzərində Böyük Qələbənin 75 illiyinin bütün dünyada qeyd edildiyi günlərdə, istərsə də hər hansı başqa bir gündə. “Ölməz alay” aksiyası çərçivəsində ekstremistlər tərəfindən nasist canilərin fotoşəkillərinin yerləşdirilməsi barədə saytlarda yayılan xəbərlər tarixi hadisələrin dəyərləndirilməsində vurğuları qarışdırmağın yolverilməzliyi haqda bir daha düşünməyə vadar edir. Axı hətta faşizmdən ağır itkilər almış bəzi postsovet ölkələrində artıq çoxdan bəri məhz belə hadisələr dövlət siyasəti səviyyəsində baş verir.
Rusiya Dövlət Dumasının deputatı və Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində qeyd edib ki, İkinci Dünya müharibəsi haqqında tarixi həqiqətlərə siyasi məqsədlər üçün cinayətkarcasına manipulyasiyalar son 75 ildir davam edir. Onun sözlərinə görə, Qərb siyasətçiləri faşizm üzərində Qələbədə Sovet İttifaqının rolunu azaldaraq dünyaya öz nöqteyi-nəzərlərini zorla qəbul etdirmək istəyirlər. Dmitri Savelyevin fikrincə, “tarixin belə “yenidən yazılmasının” məqsədi bütün xalqlarımızı birləşdirən simvolu – Böyük Qələbəni məhv etmək, postsovet məkanı ölkələrini, əsasən də Rusiyanı dünya siyasətinin hüquqsuz köləsinə çevirməkdir. Bizim ölkələrimizin möhkəmlənməsi, onların fasiləsiz inkişafı, əməkdaşlığı, dünyada nüfuzunun artması Qərbdə çoxuna sərf eləmir”.
Dmitri Savelyev tarixi saxtalaşdırılmaların təhlükəsinin də adını çəkib. Onun sözlərinə görə, siyasi ab-havanın mürəkkəbləşməsi və beynəlxalq əməkdaşlığın parçalanması yeni münaqişələrə səbəb ola bilər. Rusiyalı parlamentari hesab edir ki, sülhün başlıca zəmanəti faşizm üzərində Qələbənin nəyin bahasına başa gəlməsi haqda xatirənin qorunması və onunla bağlı faktları hər hansı şəkildə təhrif etmək cəhdlərinə qarşı daimi mübarizədir.
Dmitri Savelyev belə dəyərlərin dəyişik salınması və Böyük Vətən müharibəsi haqqında həqiqətlərin yeni nəslin gözündə bağışlanmaz dərəcədə saxtalaşdırılmasına nümunə olaraq, Ermənistanda milli qəhrəman dərəcəsinə qaldırılan kollaborasionistlər Njde və Dronun şöhrətləndirilməsini misal çəkib.
Rusiyalı siyasətçi erməni xalqının İkinci Dünya müharibəsi dövründə əbədi qəhrəmanlığını xarakterizə edən bəlağətli rəqəmlər misal gətirib. Faşizmə qarşı mübarizədə 200 mindən artıq erməni həlak olub, 103 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 70 min nəfər orden və medallarla təltif edilib. Lakin bu həqiqi qəhrəmanların təriflənməsi əvəzinə hərbi cani olan Njde nümunə gətirilir! “Ermənistanın müasir siyasi elitası tamamilə bilərəkdən tarixi həqiqəti Qərb “sifarişçilərinin” xeyrinə manipulyasiya edir. Onların ötəri siyasi və iqtisadi mənfəət hərisliyi öz xalqlarının həyatına görə məsuliyyət hissini üstələyir”, - deyə Dmitri Savelyev qeyd edib.
Rusiyalı deputat Böyük Qələbənin 75 illiyinə həsr
olunan onlayn-konfransda Ararat Mirzoyanın dediyi
sözləri də şərh edib. Ermənistan parlamentinin spikeri bəyan etmişdi ki, nasistlərlə Qaregin Njde arasında
paralellər yersizdir. Dmitri Savelyev
deyir: “Njdenin cinayətlərinin təkzibedilməz
sübutları mövcuddur.
Buraya həm Qızıl Ordunun arxa cəbhəsində
təxribatçılıq işi ilə məşğul olan diversantların hazırlığı,
həmçinin Sovet İttifaqına qarşı
vuruşan, 1942-ci ildə
yaradılmış erməni
legionunun yaradılması
aiddir. Njde özünün hərbi cinayətlərinə
görə layiqincə
məhkum edildi və ömrünü həbsxanada başa vurdu. Və bu faşist əlaltısına Ermənistanın
hakimiyyət orqanları
Yerevanın mərkəzində
təmtəraqlı abidə
qoyur, üstəlik bizə onun bioqrafiyasını öyrənməyi
məsləhət görürlər!”.
Savelyev
“Sexakronizmi” - Njdenin hazırladığı və
təbliğ etdiyi millətçilik ideologiyasını
da diqqətdən kənarda qoymayıb. Bu ideologiyaya görə hər bir erməni
üçün ali dəyər onun milləti olmalıdır. Dmitri Savelyev nasizmin və ekstremizmin hər hansı formasına kəskin mənfi münasibət bildirib. Rusiyalı siyasətçi deyib: “Ümumi fəlakət anında xalqların birlikdə davam gətirməkdən ötrü
faşizmə qarşı
birləşdiyi vaxtda
Njde nasist Almaniyası ilə əməkdaşlıqdan faydalanmağa
çalışırdı. “Ermənistanın ən yaxşı
övladı” belədirsə,
bu, ölkə üçün rüsvayçılıqdır.
Nasizm hər hansı xalqda özünün hər hansı təzahüründə qəbuledilməzdir”.
Dövlət
Dumasının deputatı Ermənistanın hazırkı
hakimiyyət orqanlarının Njdenin qəhrəmanlaşdırılması
işində öz sələflərinin kursunu dəstəkləmələrinin
mümkün səbəblərini də izah edib. Dmitri Savelyev əminliklə
deyib: “Məlumdur ki, bu yaxınlarda baş nazir Nikol Paşinyanın
babasının faşist
Almaniyasının tərəfdarı olması barədə bəzi
sübutlar üzə çıxıb. Bu faktlar ətraflı yoxlama və sənədlərə əsaslanma
tələb edir. Amma
Paşinyanın KİV-lərdə verilən suallara
cavab olaraq susması –
bu, artıq ən bəlağətli
cavabdır. Erməni siyasətçilərin
hansı siyasi və ya
şəxsi motivlər irəli sürməsindən
asılı olmayaraq, Azərbaycan Prezidenti İlham
Əliyevin bu yaxınlarda bir
müsahibəsində dediyi çox tutarlı “Ermənistanın hakimiyyəti
dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalacaq” ifadəsi
şübhəsizdir.
Azərbaycan.-2020.- 20 may.- S.6.