Pakistan
nəşrində Qarabağ münaqişəsinin tarixi barədə
məqalə dərc edilib
Pakistanın
“Islamabad Post” qəzetində “Qarabağ münaqişəsinin
tarixi: bu, necə olub” sərlövhəli geniş məqalə
dərc edilib. Məqalənin müəllifi İslamabad
Universitetinin professoru Mahmud Ul-Hassan Xandır.
NUHÇIXAN
İnformasiya Agentliyi xəbər verir ki, Dağlıq
Qarabağda və ona bitişik rayonlarda erməni silahlı dəstələri
tərəfindən etnik təmizləmə
aparılmasını və kütləvi qətllər
törədilməsini ətraflı təsvir edən müəllif
beynəlxalq hüququn bütün normalarını və
BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini
pozan işğalçı siyasət yürüdən Ermənistanı
“faşist dövləti” adlandırır.
Müəllif
vurğulayır ki, bundan əvvəl dərc edilmiş silsilə
məqalələrin davamı olan tədqiqatın məqsədi
tarixin saxtalaşdırılması ilə mütəmadi məşğul
olan, mədəni-tarixi irsi məhv etmək yolu ilə bu ərazilərin
Azərbaycana məxsusluğunu insanların yaddaşından
silməyə cəhd edən işğalçının
iç üzünü açıb göstərməkdir.
Müəllif
mübahisəsiz faktlara diqqət çəkərək
yazır ki, Ermənistan ictimai şüurda manipulyasiyalar etmək
üçün nə qədər cəhd göstərsə
də, başqa ölkənin, - vaxtilə məhz onun
torpaqları sayəsində Ermənistanın
yaradıldığı dövlətin, - ərazilərinin 20
faizini təxminən 30 il işğal altında saxlamaq
faktını ört-basdır etmək mümkün deyil.
Pakistanlı
alim, Londonda yerləşən bir qeyri-hökumət təşkilatı
tərəfindən bu münaqişənin tarixi ilə
bağlı çəkilmiş filmi də ətraflı təhlil
edir. Müəllif bildirir ki, film faktiki olaraq
tamaşaçıda belə bir fikir formalaşdırır:
Ermənistanın indiki rəhbərlərini də Nürnberq
prosesinə oxşar bir aqibət gözləyir.
Azərbaycan/-2020.- 20 may.- S.8.