Azərbaycan
Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli
773-IQ n?mr?li Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 14; 2001, ¹ 11, maddə 669; 2002, ¹ 5, maddə
237; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddə
1075; 2008, ¹ 8, maddə 701, ¹ 10, maddə 886; 2009, ¹ 4, maddə
211, ¹ 7, maddə 519; 2010, ¹ 3, maddə 171; 2013, ¹ 3, maddə
230, ¹ 5, maddə 471, ¹ 11, maddələr
1297, 1310; 2014, ¹ 11, maddə 1342; 2015, ¹ 5, maddə 498; 2017, ¹ 1, maddə
31; 2018, ¹ 12 (I kitab), maddə
2506) ilə təsdiq edilmiş "Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1. 23-1-ci maddə üzrə:
1.1. birinci hissəyə "Əcnəbilərə” sözündən sonra "və ya vətəndaşlığı olmayan şəxslərə” sözləri, "əcnəbilərin” sözündən sonra isə "və ya vətəndaşlığı olmayan şəxslərin” sözləri əlavə edilsin;
1.2. ikinci hissəyə, həmin hissənin "b” (hər iki halda) və "c” (hər iki halda) bəndlərinə ismin müvafiq hallarında "əcnəbi” sözündən sonra ismin müvafiq hallarında "və ya vətəndaşlığı olmayan şəxs” sözləri əlavə edilsin;
1.3. dördüncü hissə beşinci hissə hesab edilsin və aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
"İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı cinayət təqibi orqanının yerləşdiyi ünvan üzrə aparılır.”.
2. 23-2-ci maddə üzrə:
2.1. birinci cümləyə "əcnəbi” sözündən sonra "və ya vətəndaşlığı olmayan şəxs” sözləri əlavə edilsin;
2.2. ikinci cümləyə "əcnəbini” sözündən sonra "və ya vətəndaşlığı olmayan şəxsi” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 aprel 2020-ci il
Azərbaycan.-2020.- 21 may.- S.3.