Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12, maddə 1539; 2015, ¹ 3, maddə 259, ¹ 6, maddə 689, ¹ 12, maddə 1436; 2016, ¹ 2 (II kitab), maddə 214, ¹ 6, maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246, ¹ 11, maddə 1794; 2017, ¹ 7, maddə 1312, ¹ 11, maddə 1963, ¹ 12 (I kitab), maddələr 2218, 2257; 2018, ¹ 1, maddə 32, ¹ 3, maddə 386, ¹ 6, maddə 1156, ¹ 7 (I kitab), maddə 1434; 2019, ¹ 1, maddə 23, ¹ 7, maddə 1191, ¹ 8, maddə 1380, ¹ 11, maddə 1686) aşağıdakı dəyişikliklər edilsin:

1. 37.6-cı maddədə "keçənədək” sözü ", bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə ən geci 3 iş günü” sözləri ilə əvəz edilsin.

2. 45.1.9-cu maddədə "və ümumtəhsil” sözləri ", habelə peşə təhsili və ümumi təhsil” sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2020-ci il

Azərbaycan.-2020.- 21 may.- S.3.