“1994-cü il
9 sentyabr tarixli Avrasiya Patent
Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə
dair” Protokolunun təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2019-cu
il sentyabrın 9-da Nur-Sultan şəhərində
imzalanmış "1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent
Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə
dair” Protokol Azərbaycan Respublikasının ona dair bəyanatı
ilə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 may 2020-ci il
Azərbaycan $g 2020.- 21 may.- S.3.