“Müstəqil
Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlər
arasında vergi
inzibatçılığının həyata keçirilməsi
üçün elektron
formada məlumat mübadiləsi
haqqında” Protokolun təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Müstəqil
Dövlətlər Birliyi Hökumət
Başçıları Şurasının Astana şəhərində
keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında
imzalanmış "Müstəqil Dövlətlər
Birliyinin iştirakçısı olan dövlətlər
arasında vergi inzibatçılığının həyata
keçirilməsi üçün elektron formada məlumat
mübadiləsi haqqında” Protokol Azərbaycan Respublikasının
ona dair qeyd-şərti ilə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2020-ci il
Azərbaycan.-2020.-
21 may.- S.3.