Cəsarətli, təşəbbüskar,
ən islahatçı PREZİDENT
Cənab İlham
Əliyev mütərəqqi siyasəti ilə qlobal
böhranla mübarizəyə həm
daxildə, həm də beynəlxalq səviyyədə böyük dəstək verir
İlin əvvəlindən bəşəriyyət üçün dəhşətli kabusa çevrilən koronavirus pandemiyası hələ də can almaqda, iqtisadiyyata ağır zərbələr vurmaqdadır. Bu fakt isə onu deməyə əsas verir ki, bəzi dövlətləri postpandemiya dövründə çox ağır günlər gözləyir. Lakin ilkin dövrdən qlobal pandemiyanı ciddiyə alıb qabaqlayıcı tədbirlər görən, müxtəlif proqramlar hazırlayan ölkələrin bu böhrandan az itki ilə çıxmaq imkanına malik olduqlarını da söyləyə bilərik.
Sevindiricidir ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan da bu dövlətlər sırasındadır. Çünki virusun miqyasının getdikcə böyüdüyü zamanda dövlət hər zamankı kimi insan amilini üstün tutaraq vətəndaşın sağlamlığını qorumaq üçün qabaqlayıcı tədbirlər gördü. Bunun müsbət nəticəsi isə göz önündədir.
Pandemiya
dövründə hazırlanan ən böyük sosial-iqtisadi
paket
Prezident İlham Əliyev ölkədə elan edilən karantin dövründə əhalinin sosial-rifah halının çətinləşməməsi üçün müstəqillik tariximizin ən böyük sosial-iqtisadi paketini təqdim etdi. Bu proqramla dövlət işləməyən vətəndaşların əməkhaqqını ödədi, aztəminatlı ailələrə maliyyə yardımları göstərdi. Bununla yanaşı, Azərbaycan pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına və bəzi dövlətlərə yardım etdi.
Bir sözlə, Azərbaycan regional və qlobal miqyasda pandemiyaya qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verərək bir daha dünyaya nümayiş etdirdi ki, sözü ilə əməli vəhdət təşkil edən etibarlı tərəfdaşdır.
Mayın 19-da 3 saylı DOST mərkəzinin
açılışında cənab İlham
Əliyev pandemiya dövründə
ölkəmizdə həyata keçirilən sosial-iqtisadi
layihələri, görülən işləri dəyərləndirdi.
Gəlin, bir daha onlara nəzər
yetirək:
- 3,5 milyard manatlıq
sosial-iqtisadi paket;
- Dövlət sektorunda işləyən 900 min insanın
əməkhaqqı tam ödənildi;
- Özəl sektorda çalışan 700 min insanın
maaşının əhəmiyyətli
hissəsi ödənildi;
- 600 min insana 2 ay müddətində
190 manat maliyyə vəsaiti verildi;
- 80 min ailəyə hər ay 220 manatdan çox ünvanlı sosial yardım ödənilir;
- Sahibkarlara maliyyə yardımları və müxtəlif güzəştlər
edildi;
- Ümumdünya Səhiyyə
Təşkilatına 10 milyon
dollar yardım edildi;
- 13 dövlətə, 3 beynəlxalq
təşkilata müxtəlif
formada yardım göstərildi;
- Tibbi ləvazimat, maska və kombinezonları
istehsal edən 2 zavod açıldı;
- Virusa yoluxan insanların müalicəsi
üçün yeni xəstəxanalar açıldı;
- Ölkədə heç bir sosial layihə
təxirə salınmadı.
Bütün bunlar cənab İlham Əliyevin düşünülmüş uzaqgörən siyasətinin
növbəti təntənəsidir
desək, heç də yanılmarıq. Göründüyü kimi, Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi,
sosial məsələlərin
həlli, həssas qrupların hərtərəfli
dövlət qayğısı
ilə əhatə olunması pandemiya dövründə də davam etdirilib.
Cənab İlham Əliyev bir daha həyata
keçirilən sosial
proqramlara diqqət yetirərək vurğuladı
ki, ilin əvvəlində, yəni
pandemiyanın alovlanan
dövründə bir
dənə də olsa sosial proqram
ixtisar edilməyəcək. Eyni zamanda
sosial infrastruktur layihələrinin heç
biri ixtisar olunmayıb. Ona görə
də bu sahəyə göstərilən
diqqət və həyata keçirilən
əməli-praktiki addımlar
bir daha dövlət siyasətinin
mahiyyətini göstərir.
Ən mütərəqqi və insansevər təcrübə
Prezident həmçinin pandemiya dövründə həyata
keçirilən xarici
siyasətə də toxunaraq vurğuladı ki, Azərbaycan bu gün dünya
miqyasında çox böyük hörmətə
və yüksək imicə malik olan ölkədir. Hər zaman
olduğu kimi, pandemiya dövründə
də Azərbaycan istənilən dövlətlə
təcrübəsini bölüşür.
Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində
təcrübəsi ən
mütərəqqi və
ən insansevər təcrübədir. Azərbaycan Prezidenti isə
region və bütövlükdə
dünya üçün
çox faydalı olan təşəbbüslər
irəli sürür.
Ümumdünya Səhiyyə Təşkilatı
isə bir çox ölkələrə
Azərbaycanın təcrübəsindən
yararlanmağı tövsiyə
edir. Bununla yanaşı, Azərbaycan
köməyə ehtiyacı
olan dövlətlərə
yardımlar edib və xeyirxahlıq missiyasını davam etdirməkdədir: "Xarici
siyasətə gəldikdə,
biz həmişə əməkdaşlığa
üstünlük vermişik
və bunun faydasını görmüşük.
Harada imkanımız olub, əgər imkanımız olubsa, kömək etməyə çalışmışıq və etmişik. Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında
qurulub və uğur da məhz
bu prinsip əsasında qazanılır.
Ona görə də xarici siyasətdə qarşılıqlı dəstək
sözdə yox, əməldə olmalıdır,
həmrəylik əməldə
olmalıdır”.
Dövlət başçısı son 2 ayda öz təşəbbüsü ilə videokonfrans formatında keçirilən beynəlxalq təşkilatların zirvə görüşlərini də xatırlayaraq dedi ki, Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olunub. Bu da bir daha sübut edir ki, Azərbaycan hər bir işə çox məsuliyyətlə yanaşır və göstərdiyi səylər formal xarakter daşımır. Ona görə də Azərbaycanı nümunəvi ölkə adlandırırlar:
"Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm, başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da, görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik”.
Azərbaycan
hər zaman üzüağ və alnıaçıq ölkədir
Göründüyü kimi, pandemiya dövründə də Azərbaycanda əhalinin sosial təminatı ilə bağlı dünyanın çox nadir ölkələrində rast gəlinən kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar da dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir.
Lakin Prezidentin söylədiyi kimi, pandemiya dövründə həm insanlar, həm də bəzi ölkələr özünün əsl simasını üzə çıxardı: "Elə insanlar var ki, pandemiya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar və xüsusilə ilkin mərhələdə bəzi addımlar atıblar və indi yəqin utanırlar. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib”.
Həqiqətən də, Azərbaycan dövləti bütün dövrlərdə ehtiyacı olan insanlara, yardım üçün müraciət edən ölkələrə əl tutub və lazımi köməklik göstərib. Bu da cənab İlham Əliyevin humanist və insansevər siyasətinin bariz təcəssümüdür.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 21 may.- S.1;4.