“Cənab
Prezident, inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan
daha güclü və qüdrətli olacaq”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan
minnətdarlıq məktubları gəlməkdə davam edir.
AZƏRTAC
Prezidentin saytına istinadla həmin məktubların daha bir
neçəsini təqdim edir.
Ağdam rayonundan məcburi köçkünlər Aytəkin Əliyeva, Gültəkin Əliyeva, Gülyaz Əliyeva, Sevda Əliyeva, Aygün Qasımova və Aynurə Əliyeva yazırlar: "Hörmətli Prezidentimiz, dünyada pandemiyanın tüğyan etdiyi bir dövrdə verdiyiniz doğru qərarlar ölkəmizi COVID-19 virusunun ağır fəsadlarından qorumaqdadır. Bu çətin dövrdə Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu işinizlə bir daha sübut etdiniz. Tez bir zamanda ölkəmizə lazımi tibbi avadanlıqların gətirilməsi, yeni xəstəxanaların fəaliyyətə başlaması, modul tipli xəstəxananın vaxtında tikilib başa çatdırılması qərarlarınızın dinamikliyinin nəticəsidir. Əminik ki, uzaqgörənliyinizin və dərin zəkanızın sayəsində xalqımız bu bəladan az itkilərlə sovuşacaq. Qətiyyətli addımlarınızın nəticəsi olaraq artıq ölkəmizdə yeni idarəetmə modeli formalaşır. Korrupsiya və rüşvətxorluğa qarşı tutduğunuz ciddi mübarizə siyasəti öz töhfəsini verməkdədir. Gördüyünüz bütün tədbirlər vətəndaş məmnunluğunun artırılmasına hesablanıb. Bunlar xalq-Prezident həmrəyliyini gücləndirir, Sizə olan inamı daha da artırır.
Cənab Prezident, bu çətin günlərdə xalqımıza göstərdiyiniz böyük dəstəyə və vətəndaşların sağlamlığını üstün tutduğunuza görə Sizə bütün təhsil işçiləri və məcburi köçkünlər adından təşəkkürümüzü bildiririk”.
Masallı rayonunun sakini İsgəndər Məmmədəliyev: "Möhtərəm Prezidentimiz, bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə də ciddi mübarizə aparılır. Epidemiya ilə əlaqədar olaraq iş yerlərinin müvəqqəti bağlanmasına görə insanlara dövlət tərəfindən maddi köməyin edilməsi, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi, eyni zamanda, işsiz insanlara iki ay müddətinə birdəfəlik ödənişin edilməsi, tibb işçilərinin əməkhaqlarının 3-5 dəfə artırılması, haqqı ödənilən sosial iş yerlərinin açılması Sizin xalqımıza olan sevginizin daha bir göstəricisidir. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Allah Sizi qorusun!”.
Daşkəsən şəhərindən Sərvinaz Qurbanova: "Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım, əvvəlcə onu bildirim ki, oğlum Əli Polis Akademiyasında təhsil alır. Ailəmiz buna çox sevinir. Həyat yoldaşım da həm hərbçi kimi xidmət edərkən, həm də polis işləyərkən torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirib. Hazırda təqaüdçüdür. Müstəqil Azərbaycanda övladlarımızın sülh və əmin-amanlıq şəraitində yaşayıb təhsil almasına görə hər birimiz, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevə borcluyuq. Oğlumun oxuduğu təhsil müəssisəsi haqqında sevinclə, ağızdolusu danışa bilərəm. Sizin təhsil sahəsinə ayırdığınız diqqətin, tələbkarlığın nəticəsini biz vətəndaşlar görürük. Sizə ailəmiz adından səmimi təşəkkür edirəm. Sizin yürütdüyünüz siyasəti bəyənir və dəstəkləyirik.
Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının inkişafına, nüfuzunun artmasına, vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında göstərdiyiniz əməyə və yürütdüyünüz siyasi xəttə görə əminliklə deyirik ki, xalqımızın taleyi, gələcəyi etibarlı əllərdədir. Əminik ki, vaxt gələcək, işğal olunmuş torpaqlarımız da azad ediləcək, insanlarımız daha yaxşı yaşayacaq. Dünyanı bürüyən koronavirus pandemiyasının yayıldığı bir vaxtda Sizin vətəndaşlara göstərdiyiniz qayğı və maddi yardımlar bir daha göstərir ki, dövlətimiz uğurla idarə olunur. Xeyirxah işlərinizi söyləməklə qurtarmaz. İşsizliyin minimuma endirilməsinə, qocalara qayğıya, kimsəsizlərə köməyə görə Sizə minnətdarıq. Bütün bu işlərə, yürütdüyünüz sülhsevər və uğurlu siyasətə görə təşəkkür edirik”.
Tərtər rayonundan Sadiq Quliyev: "Möhtərəm cənab Prezident, Sizi bütün tərtərlilər adından salamlayıram. Bütün dünyanın qarşısında aciz qaldığı pandemiyaya qarşı mübarizədə Sizin xalqla birlikdə "Biz birlikdə güclüyük!" şüarı altında həmrəy olaraq atdığınız qətiyyətli və humanist addımlar həm xalqın Sizə olan inamını və sevgisini daha da artırdı, həm də Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətlərinə nümunə olaraq rəğbət qazandı. Bu gün Tərtərdə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də mən bütün tərtərlilərin Sizə minnətdarlığını çatdırmağı özümə borc bildim. Tanrı Sizi, ailənizi, Azərbaycan xalqını və dövlətini qorusun!”.
Şəki şəhərindən Ruhəngiz Məmmədova, Eldəniz Aslanov, Gülmirə Aslanova, Xəyalə Qurbanova və Məmməd Qasımov yazırlar: "Hörmətli cənab Prezident, vətəndaşların sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində ilkin qabaqlayıcı tədbirlər görən ölkələrdən biri də Azərbaycandır. Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir. Buna görə xalqımız Sizə minnətdardır. Karantin dövründə sadə insanların yanında olduğunuza, əhaliyə edilən yardımlara, ödənilən müavinətlərə və bir sıra güzəştlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və Azərbaycanımızı qorusun!”.
Cəlilabad rayonunun sakini Əli Məmmədovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, bu çətin dövrdə Azərbaycan xalqının, dövlətinin etibarlı müdafiəsi, sağlamlığının qorunması, aztəminatlı ailələrin ehtiyacının ödənilməsi bütün dünya azərbaycanlılarının sevincinə səbəb olub. Bunu Sizə ünvanlanan çoxsaylı təşəkkür məktublarından da görmək olar. Mən də ailəmin adından Sizə təşəkkür etməyi özümə borc bilirəm. Uca Allah Sizə, Mehriban xanıma və ailənizə daim kömək olsun! Azərbaycan xalqının bütün vətənpərvər nümayəndələri hər zaman Sizin yanınızdadır”.
Şirvan şəhərindən Züleyxa Qayıbova yazır: "Hörmətli cənab Prezident, ölkəmizə də təsir edən koronavirus pandemiyasının yaratdığı bu çətin günlərdə hamı kimi mənim də ürəyimdə nigaranlıq duyğuları var idi, təlaşımızda haqlı idik. Dünyanın bir çox inkişaf etmiş böyük dövlətlərinin belə qarşısında aciz vəziyyətə düşdükləri pandemiya hamımızdan çox Sizi narahat edirdi. Hər zamankı məsuliyyətiniz bu günlərdə də öz sözünü dedi. Əsl rəhbər, əsl dövlət xadimi, əsl vətəndaş mövqeyi sərgiləyərək xalqımızı, dövlətimizi bu bəladan uzaq tutmağınız Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırdı. Biz ahılların Sizə ünvanlanan duaları, alqışları Sizi daha da qüvvətləndirdi. Karantin elan olunan ilk gündən aztəminatlı ailələrə olunan yardımlar, dövlət işlərində çalışanların məvaciblərinin əvvəlki kimi ödənilməsi, işsiz kimi dövlət qeydiyyatından keçmiş vətəndaşlarımıza edilən yardımlar sosial və hüquqi dövlət kimi qüdrətimizi bütün dünyaya göstərmiş oldu.
Əziz Prezidentimiz, Siz ölkəmizi təhdid edən bütün problemlərin öhdəsindən qətiyyətlə gəlmək bacarığınızı bir daha təsdiq edərək bütün dünyaya örnək bir lider olduğunuzu sübut etdiniz. Sizinlə fəxr etdik, qürurlandıq, ruhlandıq, birləşdik. Allah Sizdən razı olsun, əziz Prezidentimiz! Nə yaxşı ki, varsınız!”.
Bakı şəhərinin sakini Sevil Qurbanova: "Möhtərəm cənab Prezident, məktubuma ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyi vaxtlarda atamın dediyi sözlərlə başlamaq istəyirəm: "Heydər Əliyev bizi bu bəladan qurtaracaq”. Azərbaycanın çətin vaxtında atamın əminliklə dediyi bu sözləri o zaman uşaq olduğuma görə tam dərk etmirdim, amma zamanla ulu öndər Heydər Əliyevin qüdrətli siyasəti nəticəsində Azərbaycanımızın bəlalardan qurtulub gündən-günə çiçəkləndiyinin şahidi oldum. Son zamanlar bütün dünyanı bürümüş pandemiya ölkəmizdən də yan keçməyəndə Sizin ilk çıxışınız zamanı atam: "Prezidentimiz İlham Əliyev bizi bu bəladan qurtaracaq. Atasının oğludur”, - deyəndə bu dəfə əmin idim ki, Sizin rəhbərliyinizlə bu bəladan üzüağ çıxacağıq. Dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan bu gün ən az itki verən ölkələr sırasındadır. Pandemiyanın üzə çıxdığı ilk gündən etibarən Azərbaycan xalqına diqqət və qayğınızı əsirgəmədiniz. Sizin qabaqlayıcı tədbirlər barədə verdiyiniz bütün qərarlar xalqımızın rifahı və sağlamlığı məqsədi daşıyırdı. Siz bu çətin zamanda bir daha sübut etdiniz ki, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Bir daha əmin olduq ki, ölkəmiz Sizinlə daim gözəl günlər yaşayacaq.
Cənab Prezidentimiz, ölkəmizin inkişafı, xalqımızın rifahı və sağlam gələcəyi üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Biz Sizinlə güclüyük!”.
Gəncə şəhərindən Rza Ələsgərov: "Hörmətli cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızın qorunması üçün vaxtında, tam dəqiq verdiyiniz qərarlar və göstərişlər nəticəsində Azərbaycan xalqının bu xəstəlikdən qorunmasına nail olunub. Dünya ölkələrindəki vəziyyətə baxdıqda Azərbaycan xalqı üçün verdiyiniz göstərişlər və görülən işlər olmasaydı, ölkəmiz üçün vəziyyət heç də ürəkaçan olmayacaqdı. Bütün bunlardan açıq görünür ki, Sizin başlıca məqsədiniz xalqımızın bu xəstəlikdən minimum itki ilə çıxmasıdır. Bir çox ölkələrin iqtisadiyyatı fikirləşərək qərarları gecikdirməsi hazırda pandemiyanın ağuşunda olmalarına gətirib çıxarıb. Hazırkı vəziyyətdə aydın görünür ki, Azərbaycan xalqı üçün verdiyiniz qərarlar nə dərəcədə doğrudur. Bu qərarlar nəticəsində koronavirus pandemiyasının ölkədə yayılması minimuma endirilib, səhiyyə bu xəstəliklə mübarizəyə tam hazırlanıb. Verdiyiniz qərarlar digər ölkələrə nümunə olub.
Cənab Prezident, belə bir vəziyyətdə hər zamankı kimi xalqın yanında olduğunuz üçün Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir, təşəkkür edirəm. Biz bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz Prezidentimiz var”.
Xaçmaz rayonunun sakinləri Şakir Məmmədov, Aytən Adilova, Svetlana Eldarova və Həmid Eldarov yazırlar: "Möhtərəm cənab Prezident, "Xanoba” gömrük postunun tikintisi, həmin postla ”Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun genişləndirilməsi ilə bağlı sərəncamlarınız xaçmazlılara verdiyiniz ən yüksək qiymət və ölkəmizdə aparılan iqtisadi islahatların məntiqi davamıdır. Bu istiqamətdə ayırdığınız maliyyə vəsaiti sərhəd zonasında yaşayan əhalinin rahat şəkildə sərhəd-keçid məntəqəsindən istıfadə etməsinə, yolda isə maneəsiz hərəkətinə dəstək olacaq. Siz ulu öndər Heydər Əliyevin uğurlu siyasətini əzmlə, böyük iradə ilə davam etdirərək müstəqil Azərbaycanı daha da gücləndirirsiniz. Bu yolda Sizə möhkəm cansağlığı, uğurlar arzulayırıq”.
Kürdəmir rayonundan Ayşad Qarayeva, Elmar
Əsədov, Tahirə Məmmədova və Dürdanə
Şirinova yazırlar: "Möhtərəm cənab
Prezident, biz Sizinlə, sözün əsl mənasında, fəxr
edirik. Bu gün biz məhz Sizin uzaqgörən siyasətinizin
nəticəsində sağlamıq, sevdiklərimizin əhatəsindəyik.
Bu çətin günlərdə istər karantində olan,
istərsə də evdə qalan vətəndaşlarımız
xüsusi diqqət və qayğı ilə əhatə
olunublar. Həmin diqqət və qayğı
xeyirxah, nəcib işlər görən, xalqın xeyri
üçün əlindən gələni, hətta ondan da
artığını edən, ən əsası isə ulu
öndər Heydər Əliyev yolunun uğurlu
davamçısı olan bir liderin sayəsində mümkün
oldu. Sizin Prezidenti olduğunuz bir ölkədə
yaşamağımızla qürur duyuruq. Yaşasın
müstəqil Azərbaycanın Prezidenti və onun ətrafına
sıx birləşən Azərbaycan xalqı!”.
Şəmkir rayonundan Könül Məmmədova, Günay İsayeva, Xatın Hüseynova və Vüsalə Yolçuyevayazırlar: "Möhtərəm cənab Prezident, biz Sizə Şəmkir rayonunun müəllim, tələbə və şagirdləri adından müraciət edərək təşəkkür etmək istəyirik. Sizin sayənizdə xalqımız koronavirus xəstəliyindən az zərərlə qurtulacaq. Siz şagirdləri, tələbələri xəstəlikdən qorudunuz, lakin heç kim təhsildən kənarda qalmadı. Sizin vətəndaşlara, xalqımıza nə qədər dəyər verdiyinizi hamı gördü. Azərbaycan xalqının sağlamlığı üçün atdığınız addımlar Sizin xalqa sevginizi bir daha nümayiş etdirdi.
Cənab
Prezident, Allah Sizi daim qorusun! Çox sağ
olun”.
Ağdam
rayonundan Əli Rzayev, Qəmər Səfərova və Rəfail
Zeynalov dövlətimizin başçısına minnətdarlıqlarını
bu sözlərlə bildirirlər: "Möhtərəm cənab
Prezident, son aylarda dünyanı bürüyən qorxulu
koronavirus xəstəliyinə qarşı mübarizəniz,
gecə-gündüz öz xalqınızı
qorumağınız bizə yaxşı məlumdur. Bu zəhmətinizə görə Sizə dərin
minnətdarlığımızı bildiririk. Bu gərgin zəhmətin arxasında xalqın
iqtidara olan inamı, sevgisi, etibarı dayanır.
Cənab
Prezident, bu çətin günlərdə biz xüsusi qayğı
hiss edirik. Aldığımız yardımlar həm
də mənəvi dəstək idi. Biz ağdamlılar
həmişə Sizin
yanınızdayıq. Sizin səmərəli fəaliyyətinizlə
bizi qarşıda daha gözəl günlər və
Qarabağa qayıdış gözləyir. Allahdan Sizə güc və sağlamlıq
arzulayırıq”.
Bakı
şəhərinin sakini İlham Tağıyev: "Möhtərəm
cənab Prezident, mən bir neftçi kimi Sizə minnətdarlığımı
bildirmək istəyirəm. Dünyanı
bürümüş koronavirus pandemiyasının ölkəmizə
təsirini azaltmaq məqsədilə həyata keçirdiyiniz
tədbirlər təqdirəlayiqdir. Çünki
bu mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr
belə aciz qalıb. Çox sevindirici
haldır ki, Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz,
qabaqlayıcı tədbirləriniz sayəsində bu virusun
genişlənməsinin qarşısı alındı.
Azərbaycanın koronavirus pandemiyasından ən az zərər çəkən ölkələr
arasında ilk yerlərdə olması məhz Sizin
qabaqlayıcı tədbirləriniz sayəsindədir.
Cənab
Prezident, "Biz birlikdə güclüyük!"
çağırışınızla xalqımızın
malik olduğu ən ülvi dəyərləri səfərbər
etdiniz. Həmçinin, ölkədə əhalinin
bütün təbəqələrini diqqətdə
saxlamağınız Sizə olan inam və etibarı ikiqat
artırdı. Azərbaycanlılar Sizinlə
və Mehriban xanımla qürur duyur, fəxr edir. Bizi, Azərbaycan xalqını bu cür diqqət və
qayğı ilə əhatə etdiyiniz üçün ailəmin
adından Sizə dərin təşəkkürümü
bildirirəm.
Möhtərəm cənab Prezident, güclü dövlətçiliyimiz,
yüksək rifahımız naminə Sizə və əzizlərinizə,
xalqımıza möhkəm cansağlığı diləyirəm. Allah Sizi və Azərbaycan
xalqını qorusun!”.
Bakı
şəhərinin Xətai rayonunun sakinləri Firdovsi Həsənov,
Gülşən Ağayeva, Səməd Cabbarov, Rahilə
Mahmudova və Abil Əliyev yazırlar: "Hörmətli cənab
Prezident, Sizin koronavirusla bağlı qabaqlayıcı tədbirləriniz
çoxsaylı insan tələfatının
qarşısını aldı. Bu işinizə
görə bu gün Azərbaycan bir çox ölkələrə
örnək göstərilir. Siz insanların
sağlamlığını iqtisadi fəallıqdan, maddi gəlirlərdən
üstün tutdunuz. Biz çox xoşbəxtik ki, Sizin rəhbərlik etdiyiniz ölkədə
yaşayırıq. Çox fərəhləndirici
haldır ki, xalqın malına göz tikən, vəzifəsindən
sui-istifadə edən rüşvətxor məmurlara
qarşı mübarizəni də uğurla davam etdirirsiniz.
Son günlərdə bir neçə vəzifəli
şəxsin məsuliyyətə cəlb olunması cəmiyyətdə
böyük rəğbətlə qarşılanıb.
Əziz
Prezidentimiz, biz vətəndaşlar əminik ki, dünyaya
Günəş kimi doğan Azərbaycanın
qarşısını kəsməyə, şəfəqini
azaltmağa çalışan qara buludlar tezliklə
dağılacaq, ölkəmiz hər zaman açıq səmada
parlamaqda davam edəcək. Sizə dərin təşəkkürümüzü
bildirir, işlərinizdə yeni-yeni uğurlar, sağlam və
uzun ömür arzulayırıq”.
Bərdə
rayonunun Samux kəndindən Seymur Məmmədov: "Hörmətli
cənab Prezident, Sizin tapşırığınıza əsasən
respublikamızın bütün regionlarında müasir
avtomobil yollarının, körpülərin, keçidlərin
yüksək keyfiyyətlə tikilməsinin şahidi oluruq. Tapşırığınıza əsasən Bərdə
rayonunun Samux kəndində də uzunluğu 4 kilometr olan yeni
yol tikilib. Bu yolun tikintisi kənd sakinlərinin
hədsiz sevincinə səbəb oldu. Görülən
işlərə görə kəndimizin camaatı adından
Sizə dərin minnətdarlığımızı
bildiririk. Samux kəndinin sakinləri
adından Sizə bitməz-tükənməz yollar qədər
uzun ömür, cansağlığı və ailə səadəti
arzulayırıq. Çox sağ
olun, cənab Prezident”.
Ucar
rayonundan Aysu Ramazanova və Saleh Qardaşov yazırlar:
"Möhtərəm cənab Prezident, koronavirus
pandemiyası dövründə bizə arxa-dayaq olduğunuza,
hər birimizə xüsusi diqqət yetirdiyinizə, hər kəsin
problemini həll etməyə
çalışdığınıza görə Sizə
minnətdarıq. Siz Azərbaycan xalqının
sağlamlığını, təhlükəsizliyini,
rifahını hər şeydən üstün tutur və buna
nail olmaq üçün əlinizdən gələni əsirgəmirsiniz.
Biz də Sizə inanır, güvənir və
Sizinlə fəxr edirik. Allah Sizi və
xalqımızı qorusun!”.
Füzuli
rayonundan Hörmət Səfərov, Eynulla Cəfərov,
Miralı Nəsirov, Hüseyn Əliyev, Əsəd Kazımov,
Rahib Mehdizadə və Mədəd Məmmədov yazırlar:
"Hörmətli cənab Prezident, Sizin geniş
dünyagörüşünüzə, sağlam
düşüncənizə, böyük siyasi təcrübənizə,
dərin təfəkkürünüzə əsaslanan qərarlarınız
xalqımızın sağlamlığının
qorunmasına, təhlükəsizliyinin təmin olunmasına
xidmət edir. Bu istiqamətdə
atdığınız addımlar, gördüyünüz
qabaqlayıcı və təxirəsalınmaz tədbirlər
artıq öz nəticəsini verməkdədir.
Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə
mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin
belə aciz qaldığı vəziyyətdən minimum
ziyanlarla çıxmağımız, son dövrlərdə
ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq
və ləvazimatlar ilə təminatın
yaxşılaşdırılması, müasir tələblərə
cavab verən yeni səhiyyə ocaqlarının istifadəyə
verilməsi, xaricdə çalışan həkimlərimizin,
tibb üzrə alimlərin ölkəmizdə gedən proseslərə
cəlb edilmələri, xalqın rifahı naminə göstərdiyiniz
diqqət və qayğı ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanır. Tanrı
xalqımızın daha sağlam və firavan sabahı naminə
daim Sizi və ailənizi qorusun!”.
Masallı rayonunun Bədəlan kəndindən Firdovsi Cəbrayılov: "Möhtərəm cənab Prezident, bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Dünyanı təhdid edən pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımi sosial və iqtisadi tədbirlər görüldü. Sizin apardığınız uğurlu siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, sosial sahədə böyük nailiyyətlər əldə olunub. Bütün dünyanı cənginə alan koronavirus bəlasından xalqımızı qorumaq üçün vaxtında verdiyiniz qərarlar və tapşırıqlar bir Azərbaycan vətəndaşı kimi bizi çox sevindirdi. Çox sevindirici haldır ki, iqtisadi gücü ilə öyünən bir çox dövlətlər belə ölkəmizin bu pandemiyaya qarşı apardığı mübarizə üsulundan faydalanırlar. İnanıram ki, Sizin hərtərəfli düşünülmüş siyasətiniz nəticəsində ölkəmiz postpandemiya dövründə öz iqtisadi gücünü sürətlə bərpa edəcək. Son günlər kəndimizin sakinlərinin maddi rifahının təmin olunması üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımlar kənd camaatı tərəfindən böyük sevinclə qarşılandı. Buna görə kənd sakinləri adından Sizə, Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümüzü bildiririk.
Cənab Prezident, hər zaman olduğu kimi, bu ağır günlərdə də xalqın yanında olaraq hər bir vətəndaşın sağlamlığı, təhlükəsizliyi və sosial rifahı naminə atdığınız bütün addımları yüksək qiymətləndirir, bizi qoruduğunuz üçün Sizə minnətdarlığımızı bildiririk. Vətənimizin daha xoşbəxt sabahı üçün həyata keçirdiyiniz tədbirləri görür, alqışlayır və Sizin ətrafınızda sıx birləşmişik. Sizə işlərinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun!”.
Bakının Xəzər rayonunun Qala qəsəbəsindən
Qorxmaz Ağayev: "Möhtərəm cənab Prezident,
koronavirus pandemiyası səbəbindən dünyanın əksər
ölkələri hazırda çətin günlər
yaşayır. Təbii ki, pandemiya Azərbaycana da təsirini
göstərdi. Dünya bazarlarında neftin qiymətinin
aşağı düşməsinə baxmayaraq, Azərbaycan
vətəndaşı heç bir çətinlik hiss etmədi.
Bunlar Sizin mükəmməl siyasi və iqtisadi siyasətinizin
uğurlarıdır. İşsiz kimi qeydiyyatda olan şəxslərə
pandemiya dövründə aylıq 190 manat vəsaitin verilməsinə
görə Sizə minnətdarlığımı bildirirəm.
Azərbaycan vətəndaşı əmindir ki, bütün
vəziyyətlərdə dövləti onun
arxasındadır. Sizə bir daha minnətdarlığımı
bildirir, yürütdüyünüz siyasətin
uğurlarının daha bol olmasını arzu edirəm.
İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan
daha güclü və qüdrətli olacaq”.
Azərbaycan.-2020.-21 may.-S.1-2