“GUAM - Demokratiyaİqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2019-cu il sentyabrın 26-da Nyu York şəhərində GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Xarici İşlər Nazirləri Şurasının 34-cü iclasında imzalanmış "GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokol təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2020-ci il

Azərbaycan.-2020.- 22 may.- S.2.