2020-ci il üçün Azərbaycan
Respublikasının elm sahəsində
Dövlət Mükafatının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
2020-ci
il üçün elm sahəsində Azərbaycan
Respublikasının Dövlət Mükafatı
"Materiyanın yeni kvant halı - antiferromaqnit topoloji
izolyator: dizayn, əsas elektron xassələri və tətbiq
perspektivləri” mövzusunda elmi məqalələr toplusuna
görə aşağıdakı şəxslərə
verilsin:
Nazim Timur oğlu Məmmədov
İmaməddin Rəcəbəli oğlu Əmiraslanov
Nadir Allahverdi oğlu Abdullayev
Ziya Saxavəddin oğlu Əliyev.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2020-ci il
Azərbaycan.-2020.-
23 may.- S.2.