V.F.Ələsgərovun Ələt
azad iqtisadi
zonasının səlahiyyətli qurumunun
İdarə Heyətinin sədri təyin edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2020-ci il
Azərbaycan.-2020.-
23 may.- S.3.