Rusiya Federasiyasının Prezidenti
Vladimir Putindən
Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi
təbriklərimi qəbul
edin.
Ölkənizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə qazandığı
uğurlar hamı tərəfindən qəbul
edilir. Azərbaycan dünya arenasında
haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdə
duran məsələlərin
həllində əhəmiyyətli
rol oynayır.
Rusiya-Azərbaycan münasibətləri yüksək
səviyyədədir. Əminəm ki, biz birgə səylərimizlə ikitərəfli
strateji tərəfdaşlığın,
konstruktiv əməkdaşlığın
bütün istiqamətlərdə
bundan sonra da inkişafını təmin edəcəyik.
Bu proses, şübhəsiz,
bizim dost xalqlarımızın
köklü maraqlarına
cavab verir, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi
məcrasında inkişaf
edir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı
və uğurlar, Azərbaycan Respublikasının
bütün vətəndaşlarına
rifah və tərəqqi arzulayıram.
Hörmətlə,
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti
Azərbaycan.-2020.-
23 may.- S.1.