Azərbaycan müasir
texnologiyaların tətbiqinə xüsusi önəm verir
YENİLƏNİB
"Signify” şirkətinin təşəbbüsü
ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri
arasında videokonfrans keçirilib
Mayın 22-də "Signify” (əvvəlki adı "Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və "Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, 1891-ci ildə yaranan bu şirkət dünyanın 74 ölkəsində fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir. "Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 "yaşıl” şirkətdən biridir.
Prezident İlham Əliyev: Sabahınız xeyir.
Baş icraçı direktor Erik Rondolat: Sabahınız xeyir.
Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.
Erik Rondolat: Vaxt ayırdığınıza görə minnətdaram. Mən də Sizi görməyimə çox şadam.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Davosdakı görüşümüzü xatırlayıram. Mənə verilən məlumata görə, o vaxtdan bəri bizim yaxşı irəliləyişimiz olub. Baxmayaraq ki, koronavirusla bağlı vəziyyət bizim planlarımıza bir az müdaxilə etdi, lakin mənə məlumat verildiyi kimi, bizim müzakirə etdiklərimizin və razılaşdırdıqlarımızın hamısı indi icra mərhələsindədir.
Erik
Rondolat:Bəli, tamamilə doğrudur.
Çox məmnunuq ki, Bakı şəhərində 33 min LED
işıq quraşdırılacaq və onların sayəsində
çox böyük həcmdə enerjiyə qənaət ediləcək.
Qənaət göstəricisi minimum 50 faiz təşkil
edir. Həmin layihə davam edir. Eyni zamanda, çox şadıq ki, Siz bizə tam dəstək
verirsiniz. Bu işə
bağlantının yaradılması ilə başladıq.
Bu, ona görə edilir ki, sonrakı mərhələdə
quraşdırılan işıqlar arasında bağlantı
mümkün olsun.
Prezident
İlham Əliyev:Çox yaxşı. Şadam ki, bayaq da qeyd etdiyim kimi, hər şey cədvələ
uyğun olaraq gedir. Mənə məlumat
verildi ki, Davosdakı görüşdən sonra sizin komandanız
bizi mart ayında ziyarət etmişdir. Sizin
də qeyd etdiyiniz kimi, sentyabrın sonunadək bizdə
Bakı üçün minlərlə yeni küçə
işığını özündə ehtiva edəcək
birinci mərhələ artıq icra edilmiş olacaq. Bu da birinci növbədə küçələrin
işıqlandırılması baxımından vəziyyəti
yaxşı olmayan əraziləri əhatə edəcək.
Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, biz
böyük miqdarda enerjiyə qənaət etmiş
olacağıq. İnsanlar da bunun
faydasını görəcəklər. Bizim müzakirə
etdiyimiz kimi, bu birinci layihədən sonra birgə fəaliyyətimizin
genişləndirilməsinə, Bakı və digər şəhərlərin
əhatə edilməsinə dair böyük planlarımız
var. Birinci mərhələdə ola bilsin
ki, böyük şəhərlər əhatə olunacaq. Biz Sumqayıt şəhərinin küçə
işıqları barədə danışdıq. Mənim bildiyimə görə qiymətləndirmə
prosesi gedir. Beləliklə, ümid edirəm
ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız
olacaq.
Erik
Rondolat: Bəli, biz də dəqiqliklə həmin işləri
görmək istərdik. COVID-19 səbəbindən bizdə
işin icrası ilə bağlı müəyyən yubanma ola bilər. Lakin hesab edirəm ki,
hamımız işin başa çatdırılmasına
köklənmişik.
Erik Rondolat işıqlandırma sistemlərinin
quraşdırılmasının şəhərin yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsində rolunu qeyd
etdi. Pandemiya
bitəndən sonra təmsil etdiyi şirkətin Azərbaycanla
əməkdaşlığının uğurla davam edəcəyinə
ümidvar olduğunu dedi.
Erik
Rondolat: Biz çox fərəhlənirik ki,
işıqlandırmanın ən son yeniliklərini Bakıda
tətbiq edə biləcəyik.
Prezident İlham Əliyev: Bəli, təşəkkür edirəm. Bilirəm ki, şirkətiniz artıq Azərbaycanda dövlət və özəl sektorla bir neçə layihə həyata keçirib. Lakin Davosda müzakirə etdiyimiz və indi birgə icra etdiyimiz bu layihə, əlbəttə ki, ən böyük miqyaslı layihədir. Əvvəllər də müzakirə etdiyimiz kimi, onun gələcək üçün böyük potensialı var. Çünki bu, birinci təcrübədir. Mən əminəm ki, bu, çox uğurlu bir təcrübə olacaqdır və sonra da bələdiyyə, şəhər idarəetmə orqanları bunun faydasını görəcəklər. Bildirildi ki, biz çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər üçün, ixrac üçün qənaət edəcəyik və şəhərin həyatını daha da yaxşı edəcəyik.
Erik Rondolat: Əvvəlcə qeyd etdiyim kimi, biz sonrakı mərhələdə bağlantını da təmin edəcəyik və onun sayəsində əlavə imkanlar ortaya çıxacaq. Beləliklə, Bakı şəhərinin işıqları "Ağıllı şəhər”in komponentinə çevriləcək. Bir daha verdiyiniz dəstəyə görə minnətdaram.
Prezidentin köməkçisi Natiq Əmirov "Signify” şirkəti ilə əməkdaşlıqdan və perspektiv layihələrdən danışdı.
Natiq Əmirov: Cənab Prezident. Əvvəla sıx iş qrafikinizə rəğmən bu görüşü təşkil etdiyinizə və bizə "Signify” şirkəti ilə birlikdə bu layihə ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı yaratdığınıza görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Əslində "Bakı ağıllı şəhər” işıqlandırılması layihəsi üzrə işlərin gedişi hazırda çox yaxşıdır və bir çox işlər görülmüşdür. Onlar bizim müqaviləni tamamlayıblar. İyul ayından başlayaraq bütün lampaların ölkəmizə idxalı prosesi başlayacaq və idxal prosesi sentyabrın sonu, oktyabrın əvvəlində başa çatacaq.
Erik
Rondolat: Cənab Prezident, bir məsələni də qeyd edim. Bütün dünyada hazırda böhrandır.
Bilirik ki, Siz pandemiyanı dayandırmaq
üçün Azərbaycan Respublikasında çox ciddi tədbirlər
görürsünüz.
"Signify”
şirkətinin baş icraçı direktoru COVID-19 virusu ilə
mübarizə sahəsində müasir texnologiyalar üzərində
iş aparıldığını dedi və bu sahədə
ölkəmizlə əməkdaşlığa hazır
olduğunu vurğuladı.
Prezident
İlham Əliyev: Virus bütün ölkələrə təsir
edib. Aydındır ki, o, yoxa çıxmayacaq,
biz bu virusla yaşamalı olacağıq. Ona
görə də düşünürəm ki, bu ehtiyat tədbirləri,
əlbəttə, artıq bizim həyatımıza çox
uzun müddətə daxil olub. Bu səbəbdən
də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə
cavab verən qabaqlayıcı vasitələrə
ehtiyacımız var. Biz insanlarımızı qorumaq
üçün əlimizdən gələni edirik. Lap əvvəldən
biz çox mühüm qabaqlayıcı tədbirlər
gördük, bu da bizə insanlarımızı qorumağa və
minimum itki ilə bu vəziyyətdən çıxmaq
üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa
qarşı mübarizədə nümunə adlandıran
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən
də qiymətləndirilib. Əlbəttə
ki, mən sizin bəşəriyyətin özünü
qorumasına yardım etmək üçün texnologiyalar təşəbbüsünüzü
tam dəstəkləyirəm.
Şirkətin MDB üzrə baş meneceri Erik Benedetti
Bakının müxtəlif hissələrinin, o cümlədən
şəhərin mərkəzi tarixi hissəsinin müvafiq
şəkildə işıqlandırılması ilə
bağlı aparılan işlərdən danışdı.
Şirkətin
Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə
satış Meneceri Andrey Zaxarkiv Bakıda həyata keçiriləcək
"Ağıllı şəhər” layihəsindən
danışdı və pilot layihənin icrası
üçün işlərin hazır olduğunu dedi.
Erik
Rondolat kənd təsərrüfatında, o cümlədən
heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində
məhsuldarlığın əhəmiyyətli dərəcədə
artırılması, ekoloji təmiz kənd təsərrüfatı
məhsullarının istehsalı, su istehlakının
azaldılması sahələrində əməkdaşlıq
məsələlərinə toxundu, ölkəmizlə bu
istiqamətlərdə təcrübəni bölüşməyə
hazır olduğunu dedi. Söhbət zamanı kənd
təsərrüfatı sahəsində müasir
texnologiyaların tətbiqi və bu işdə gənc
kadrların hazırlanması məsələləri də
müzakirə olundu.
Prezident
İlham Əliyev: Bu sahədə aparılan islahatlar sayəsində
biz daha çox gəncin kənd təsərrüfatı
üzrə mütəxəssis olmaq istədiyini və Aqrar
Universitetdə bu peşəni seçmək istəyən gənclərin
sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı
sistemini həyata keçiririk. Bu, artıq
bizə həyatımızın və
iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini
artırmağa çox kömək edir. Çünki
ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində
yaşayır. Beləliklə, əminəm ki, bu, bizim
birgə həyata keçirə biləcəyimiz çox
mühüm yeni layihə ola bilər. Ümumilikdə, Azərbaycan yeni texnologiyalara,
innovasiyalara hazırdır. Biz artıq
bunun üçün əhəmiyyətli insan kapitalı
yaratmışıq və bizim dövlət xidmətləri,
sosial xidmətlərlə bağlı texnologiyalarımız
bu gün bəzi başqa ölkələr tərəfindən
istifadə olunur. Ona görə də biz yeni
texnologiyalara tam açığıq, çünki onlar yeni
miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə
və rifaha gətirib çıxarır.
Erik
Rondolat:Təşəkkür edirəm, cənab
Prezident. Bilirəm ki, Siz çox məşğulsunuz.
Bizə bu səhər vaxt
ayırdığınıza və Davosdakı son
görüşümüzdən sonra işlərin olduqca
sürətli həyata keçirilməsinə görə
çox təşəkkür edirəm. Siz
bizim şirkətə və şəxsən mənə
arxalana bilərsiniz. Biz
planlaşdırdığımız bütün birgə
layihələri dəstəkləməyə hazırıq.
Mən çox şadam ki, Siz ölkənizdə
texnologiyaların inkişafına önəm verirsiniz. Çünki bir çox hallarda bəzi ölkələr
texnologiyanın ölkənin inkişafı üçün
bir vasitə olduğunu bilmir və ya buna əhəmiyyət
vermir. Azərbaycanda isə Siz bu
texnologiyaların çox mütərəqqi olduğunu
nümayiş etdirirsiniz. Sizin
vaxtınızı çox almaq istəmirik. Sizinlə danışmaq imkanına görə
çox şadam və Azərbaycan Respublikasına tərəqqi
arzulayıram. Bilirəm ki, bu ayın 28-i
Respublika Günü qeyd edilir. Mən
Ramazan ayının qeyd edildiyi bir ölkədə
doğulmuşam və bilirəm ki, bu gün Ramazan
ayının son günləridir. Bu
münasibətlə də Sizi təbrik edirəm və bir
daha dərin minnətdarlığımızı bildirirəm.
Prezident
İlham Əliyev: Çox sağ olun. Çox təşəkkür edirəm. Mən bizim şəxsi münasibətlərimizi
yüksək qiymətləndirirəm, onlar nəticəyə
hədəflənmiş münasibətlərdir. Düşünürəm ki, bu, insanların həyatını
yaxşılaşdırmaq, iqtisadiyyatı gücləndirmək,
resurslara qənaət etmək və kənd təsərrüfatında
daha çox nəticə əldə etmək
üçün sizin müasir texnologiyalarla bizim ölkənin
bu texnologiyaların tətbiqində liderlərdən biri olmaq
istəyinin çox yaxşı vəhdətidir. Mən bilirəm ki, sizin şirkətiniz bu sahədə
dünyada aparıcı şirkətlərdən biridir.
Ona görə də nə qədər çox
yeni texnologiya ixtira etsəniz, birgə əməkdaşlığımız
üçün bir o qədər çox imkan yaranacaq. Buna görə sizə təşəkkür edirəm.
Tezliklə sizinlə şəxsən
görüşməyə ümid edirəm.
Erik
Rondolat: Mən də Cənab Prezident.
Azərbaycan.-2020.- 23 may.- S.1-2.