Prezidentin köməkçisi
Hikmət Hacıyev “RİA Novosti”də təhrif olunmuş və qərəzli xəbər
yayılmasına münasibət bildirib
2020-ci il mayın 21-də Rusiya Federasiyasının dövlət informasiya agentliyi olan "RİA Novosti”də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazisində yaradılmış qeyri-qanuni rejimin qondarma "prezidenti”nin "andiçmə” mərasiminə dair təhrif olunmuş və qərəzli xəbər yayılıb. "RİA Novosti” tərəfindən qondarma seçkilər və "andiçmə” mərasimi haqqında Azərbaycan Respublikasının rəsmi dövlət qurumlarının açıqlamaları, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatları verilmədiyi halda qanunsuz rejimə aid xəbərlər geniş yayılır.
Bu
fikirləri Azərbaycan Prezidentinin köməkçisi -
Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev "RİA
Novosti” agentliyində "Ïðåçèäåíò íåïðèçíàííîé Íàãîðíî-Êàðàáàõñêîé
ðåñïóáëèêè âñòóïèë â äîëæíîñòü” başlığı altında
verilmiş xəbərlə bağlı AZƏRTAC-a şərhində
bildirib.
Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunub. Etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən kriminal rejim yaradılıb.
Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü bütün dünya ölkələri, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınır. Bu mövqe BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də təsbit olunub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 2020-ci ilin 31 mart və 14 aprel tarixlərində qeyri-qanuni olaraq təşkil edilmiş qondarma "prezident seçkiləri” beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Türk Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb, rədd edilib və onun "nəticələri” heç bir hüquqi qüvvəyə malik deyil.
Prezidentin köməkçisi deyib: "RİA Novosti”yə bildirmək istərdik ki, mətndə istifadə olunan "Dağlıq Qarabağ Respublikası” və ya "Dağlıq Qarabağ Respublikası”nın "mərkəzi seçki komissiyası”, "prezidenti” kimi ifadələr yanlışdır, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qanunsuz rejimi təşviq etmək cəhdlərindən başqa bir şey deyildir. Bu xəbərdə işğal altında olan tarixi Azərbaycan şəhəri Şuşanın adı təhrif olunaraq "Şuşi” kimi verilib. Şuşa şəhəri 1992-ci ildə işğal edilib.
"Birinci hal deyil ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın rəsmi mövqeyinə zidd olaraq dövlət informasiya agentliyi olan "RİA Novosti” tərəfindən belə qərəzli redaksiya siyasəti yürüdülür. Bu qəbildən olan qərəzli xəbərlərin yayılması Azərbaycan və Rusiya arasında olan strateji tərəfdaşlıq və dostluq əlaqələrinin ruhuna ziddir, Azərbaycan xalqının, xüsusilə məcburi köçkünlərin həssas hisslərinə toxunur.
Dezinformasiya və saxta xəbərlərin geniş
yayıldığı müasir dövrdə
"RİA Novosti”ni xəbərdə
düzəliş etməyə çağırırıq. Eyni zamanda, ümidvar olmaq istərdik ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi
ilə əlaqədar gələcək xəbərlərin
verilməsində "RİA Novosti” siyasi-hüquqi və terminoloji
baxımdan düzgünlüyü, obyektiv faktları və qərəzsizliyi əsas
tutacaq”.
Azərbaycan.-2020.- 23 may.- S.4.