Azərbaycanın Baş Naziri ilə
İranın Birinci vitse-prezidenti
arasında telefon
danışığı olub
Mayın
21-də İran tərəfinin təşəbbüsü ilə
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov
və İran İslam Respublikasının Birinci vitse-prezidenti
İshaq Cahangiri arasında telefon danışığı
olub.
Telefon
danışığı əsnasında koronavirus (COVID-19)
infeksiyasının qarşısının alınması məqsədilə
iki ölkə tərəfindən görülən uğurlu
tədbirlərə dair məlumat mübadiləsi
aparılıb.
İran
tərəfi pandemiyaya qarşı mübarizə məqsədilə
göstərilən humanitar yardıma görə Azərbaycana
təşəkkürünü bildirib.
Yükdaşımalarının
fasiləsiz şəkildə həyata keçirilməsini təmin
etmək üçün nəqliyyat dəhlizləri çərçivəsində
görülən işlər xüsusi vurğulanıb.
İran
tərəfi pandemiya dövründə İran vətəndaşlarının
Azərbaycan ərazisindən öz ölkələrinə
qayıtmaları üçün yaradılan şəraitə
görə minnətdarlığını bildirib. İran tərəfi
mayın 22-də daha 120 İran vətəndaşının
Astara keçid məntəqəsindən öz ölkələrinə
qayıtmaları barəsində məlumatlandırılıb.
İran
tərəfi Azərbaycanda məhkum olunan İran vətəndaşlarının
humanizm prinsiplərinə əsaslanaraq ekstradisiyasının
mümkünlüyünü nəzərdən keçirməyi
bir daha xahiş edib.
Telefon
danışığı əsnasında
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
müzakirə olunub.
Azərbaycan.-2020.- 23 may.- S.4.