İlham
Əliyevdən növbəti sərt xəbərdarlıq
Prezident bəyan etdi ki, korrupsiyaya,
rüşvətxorluğa qarşı aparılan amansız
mübarizə daha da
gücləndiriləcək
"Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq...
Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalı və bunun kökü kəsilməlidir. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır”.
Bu sərt xəbərdarlığı Prezident İlham Əliyev mayın 21-də Ağstafa və İmişli rayonlarına təyin etdiyi yeni icra hakimiyyəti başçılarını qəbulu zamanı səsləndirib. Videoformatda baş tutan qəbulda dövlət başçısı hər zaman olduğu kimi, gənc kadrlara məsləhət və tövsiyələrini, ciddi tapşırıqlarını verməklə yanaşı, xəbərdarlığını da edib. Əgər yeni təyin olunan icra başçıları Prezidentin verdiyi tapşırıqları icra edə bilməsələr, cəzalanacaqlar. Ona görə də icra başçıları onlara göstərilən etimadı öz işləri ilə doğrultmalıdırlar.
Vətəndaşı narahat edən problemlər həll edilməlidir
Prezident
yeni təyin olunmuş məmurlara rəhbərlik edəcəkləri
rayonlarda bütün xoşagəlməz hallara
qarşı ciddi mübarizə aparmalı olduqlarını, korrupsiyanın,
rüşvətxorluğun, talançılığın kökünün
kəsilməsi üçün
ciddi çalışmalarının
vacibliyini vurğuladı:
"Birinci növbədə
siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə
gücünüz çatmayan
məsələlər barədə
müvafiq mərkəzi
icra orqanlarına məlumat verin ki, bu məsələlər
operativ şəkildə
öz həllini tapsın”.
Dövlət başçısı həmçinin
pandemiya dövründə
ölkənin sosial-iqtisadi
durumu, həyata keçirilən regional proqramlardan
danışaraq vurğuladı
ki, indiki şəraitdə ölkəmizin
uğurlu inkişafı,
ilk növbədə, qeyri-neft
sektorunun hesabına təmin ediləcək.
Qlobal böhrandan az
itki ilə çıxmaq üçün
dövlət bütün
lazımi tədbirləri
görür. Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq olunan mexanizm ən yüksək qiymətə layiqdir.
Dövlət yüz minlərlə
insanın sosial vəziyyətinin pisləşməsini
nəzərə alaraq
onlara yardım göstərir. Bu yardım
insanları belə bir ağır vəziyyətdə ruhlandırır
və eyni zamanda onların maddi imkanlarının təmin edilməsində rol oynayır: "Biz bunu edirik ki,
insanlar bu vəziyyətdən çıxsın
və az itkilərlə çıxsınlar.
İlk növbədə, koronavirusla
bağlı mübarizədə
görülmüş işlər
yüksək qiymətə
layiqdir. Eyni zamanda
koronavirusa görə
işini itirən, yaxud da ki,
müvəqqəti olaraq
itirən insanların
da yardımına dövlət gəlməlidir.
Ona görə də dövlət hər zaman bu işlərdə
aparıcı rolunu oynayacaq”.
Sahibkarlara təzyiqlər aradan
qaldırılmalıdır
Prezident hazırkı durumda sahibkarlığın inkişafının
daha böyük əhəmiyyət daşıdığını
diqqətə çatdıraraq
vurğuladı ki, bu gün Azərbaycanda
çox böyük sahibkarlıq sinfi formalaşıb. Ancaq bəzi hallarda
sahibkarlar çətinliklərlə
üzləşirlər. İş adamları hansısa layihəni icra etmək, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən
problemlərlə qarşılaşırlar:
"Bəzi məmurlar
onların layihələrinə
şərik çıxmaq
istəyirlər, bəzi
məmurlar onların gəlirlərinə göz
dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə,
siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizə aparılır. Ölkələr öz təkliflərini irəli sürürlər
ki, investorları cəlb etsinlər. Ona görə siz, ilk növbədə, yerli sahibkarları inandırmalısınız ki,
onlar gəlib məhz sizin rayonlarınıza sərmayə
qoysunlar, iş yerləri yaratsınlar və beləliklə, rayonların inkişafına
töhfə versinlər.
Amma bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cür əziyyət verilir. Buna yol
vermək olmaz”.
Cənab İlham Əliyev ölkədə kənd təsərrüfatının inkişafının
prioritet sahə olaraq qaldığı üçün indiki şəraitdə aqrar sektorun müasir üsullarla inkişafı
ilə əlaqədar
çox geniş proqramların icra edildiyini diqqətə çatdırdı. Bu sahədə
də yerli icra orqanlarından çox şey asılıdır. Ona görə
də müvafiq dövlət qurumları ilə birlikdə kənd təsərrüfatının
inkişafı ilə
bağlı işlər
görülməli, insanlar
işlə təmin edilməli, məhsuldarlıq
artırılmalıdır. Ümumilikdə, kənd təsərrüfatının
inkişafını şərtləndirən
bütün amillər
təmin edilməlidir.
Son 17 il ərzində
bölgələrdə reallaşan
layihələri dəyərləndirən
Prezident qeyd edib ki, görülən
işlərin ən azı 90 faizi onun təşəbbüsü
ilə baş tutub.
Həqiqətən də, bu qısa
dövrə nəzər
yetirsək, bölgələrin
sürətli inkişafının
şahidi olarıq. Belə
ki, bu müddətdə
ölkədə həyata
keçirilən dövlət
proqramları çərçivəsində
16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı, demək
olar ki, yenidən qurulub, qazlaşdırma təxminən
100 faizə çatdırılıb,
3500-dən çox məktəb,
700-dən çox tibb
ocağı, 50-yə yaxın
olimpiya idman mərkəzi tikilib. Bununla yanaşı, regionlarda gənclər evləri, mədəniyyət sarayları,
digər sosial obyektlər inşa edilib.
Bütün bu işlərə dövlət başçısı
şəxsən nəzarət
edib. Mütəmadi olaraq bölgələrə
səfər edərək
yeni-yeni obyektlərin açılışlarını edib, təməlini qoyub və ciddi
göstərişlərini verib. Həmçinin ictimaiyyət nümayəndələri
ilə görüşərək
vətəndaşların problemləri
ilə maraqlanıb və onların bəzilərinin yerində
həll olunması ilə bağlı göstərişlər verib.
Bütün bunlar da, əlbəttə ki, xalqın dövlətə olan etimadını, inamını
daha da yüksəldib:
"Bizim bölgələrdə
gördüyümüz işlərin
mənbəyi xalqın
iradəsidir. Bildiyiniz kimi,
artıq regionların
dördüncü sosial-iqtisadi
inkişafı Dövlət
proqramı icra olunur. Bütün proqramların tərtibatında
yerlərdən gələn
təkliflər üstünlük
təşkil edir.
Mənim
bölgələrə, rayonlara
çoxsaylı səfərlərim
və səfərlər
əsnasında vətəndaşlarla
görüşlərim bu
proqramların hazırlanmasında
xüsusi rol oynayır”.
Prezident
yeni kadrlara tövsiyə və tapşırıqlarını verdi
Çıxışının sonunda Prezident bir daha
Azərbaycanın yeniləşdiyini,
müasirləşdiyini və
yeni kadrlardan çox şey asılı olduğunu söyləyərək, yeni
təyin olunan icra başçılarına
tövsiyə və tapşırıqlarını verdi: "Sizin fəaliyyətinizdən çox
şey asılıdır
və insanların inamı, əhvali-ruhiyyəsi,
ədalətə inanması
bir çox hallarda yerli rəhbərlərin işindən
asılıdır. Siz elə
işləməlisiniz ki,
insanlar sizə inansınlar, sizi dəstəkləsinlər və
sizin işinizdən razı olsunlar. Bunu da bilməlisiniz ki, sizin fəaliyyətinizə
diqqət göstəriləcək,
nəzarət olunacaq.
Elə işləməlisiniz ki, mənim tərəfimdən
verilən bütün
tapşırıqlar yerinə
yetirilsin, Ağstafa və İmişli rayonlarının uğurlu
inkişafı təmin
edilsin”.
Bir sözlə, Prezident növbəti dəfə yeni təyin etdiyi İcra Hakimiyyəti başçılarını
qəbul edərək
onlara doğru istiqamət verdi
və yeni kadrların fonunda digər məmurlara da sərt xəbərdarlığını
etdi.
Ümumiyyətlə, hər kəs son aylar ölkədə korrupsiya və rüşvətxorluğa qarşı
mübarizənin gücləndiyinə
şahidlik edir. Bəzi rayonların
icra hakimiyyəti başçılarının və
ayrı-ayrı nazirliklərin
struktur rəhbərlərinin
işdən azad edilərək həbs olunmaları bir daha təsdiq edir ki, cənab
İlham Əliyevin tapşırığına əsasən,
korrupsiyaya qarşı
amansız mübarizə
başlayıb. Prezident isə
bu istiqamətdə tədbirlərin daha da sürətləndiriləcəyini
bəyan etdi.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 23 may.- S.6.