“Beynəlxalq Humanitar
Yardım üzrə Respublika
Komissiyasının yeni tərkibinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Beynəlxalq
Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 3,
maddə 213; 2014, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384, ¹ 9,
maddə 1464) 1-ci hissəsi ilə təsdiq edilmiş
Komissiyanın tərkibi aşağıdakı redaksiyada
verilsin:
"Komissiyanın sədri
Əli Əhmədov - Azərbaycan Respublikası Baş Nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Azərbaycan Respublikası Xarici
İşlər nazirinin
müavini
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
Azərbaycan Respublikası Fövqəladə
Hallar nazirinin müavini
Azərbaycan Respublikası Ədliyyə
nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat
nazirinin müavini
Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Təhsil
nazirinin müavini
Azərbaycan Respublikası Səhiyyə
nazirinin müavini
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidməti rəisinin müavini
Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
vitse-prezidenti
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası sədrinin
birinci müavini
Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin prezidenti.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2020-ci il
Azərbaycan.-2020.-20 may.-S.1.