Əhalinin
elektrik enerjisi ilə fasiləsiz təmin olunması prioritet məsələdir
Dövlət
başçısının tapşırığı ilə
cəbhə bölgəsində müxtəlif infrastruktur
layihələri həyata keçirir
İyunun
3-də 110/35/6 kilovoltluq "Tərtər” elektrik
yarımstansiyası yenidənqurmadan sonra istifadəyə
verilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tədbirdə iştirak edib.
"Azərişıq”
Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar
Əhmədov dövlətimizin başçısına
elektrik yarımstansiyasının fəaliyyəti barədə
məlumat verdi.
Diqqətə
çatdırıldı ki, bu yarımstansiya
İstehlakçıların elektrik təchizatının
yaxşılaşdırılması məqsədilə əsaslı
şəkildə yenidən qurulub. Bu qurğu vasitəsilə
Tərtər şəhərində olan sosial-iqtisadi təyinatlı
obyektlərin, həmçinin bütün ətraf kənd və
qəsəbələrin, cəbhəyanı hərbi hissələrin,
meliorasiya və suvarma sistemlərinin fasiləsiz və
dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq.
Yarımstansiyanın istismara verilməsi ilə 17 min 103-ü əhali,
1290-ı qeyri-əhali olmaqla, ümumilikdə, 18 min 393
abonentin elektrik enerjisinin təchizatı daha da
yaxşılaşdırılacaq.
Yarımstansiya
110 kilovoltluq Naftalan və 110 kilovoltluq Bərdə hava xətləri
vasitəsilə əlaqələndirilməklə, "Azərbaycan”
İstilik Elektrik Stansiyası və 330 kilovoltluq "Gəncə”
yarımstansiyası arasında dairəvi elektrik təchizat
sxeminə qoşulub. Bundan başqa, həmin yarımstansiya Tərtər
və Bərdə rayonlarında, habelə Naftalan şəhərində
yerləşən 110 kilovoltluq yarımstansiyalararası 35
kilovoltluq dairəvi elektrik təchizatı sxeminin
etibarlılığını və təhlükəsizliyini
təmin etməklə, regionda olan bütün
istehlakçıların, xüsusən də əhalinin
enerji təchizatının
dayanıqlılığını daha da artıracaq.
Yarımstansiya
beynəlxalq standartlara cavab verən müasir tipli elektrik
avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika
sistemləri ilə təchiz edilib, məsafədən idarə
olunan SKADA dispetçer sisteminə qoşulub. Burada növbətçi
heyət üçün lazımi iş şəraiti
yaradılıb, müvafiq xidmət otaqları, o cümlədən
mühafizə, texniki xidmət və idarəetmə
otaqları inşa edilib. Prezident İlham Əliyev
yarımstansiyanı işə saldı.
Azərbaycan.-2020.- 4 iyun.- S.4.