Döyüş meydanında qalib
olan İlham Əliyev
diplomatik cəbhədə də milli maraqlarımızı qətiyyətlə
təmin edir
Azərbaycan Ordusu müzəffər yürüşünü davam etdirir. Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatdan sonra başlanan ikinci Qarabağ müharibəsi praktik şəkildə təsdiq etdi ki, Azərbaycan hərb meydanında ən xırda detalına qədər böyük üstünlüyə malikdir. Hazırda cəbhə xəttinin bütün istiqamətlərində düşməni qovan ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.
Xeyli sayda yaşayış məntəqəsi
azad olunub
Cəmi bir ay müddətinə Azərbaycan Ordusu 200-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi. O cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Ağbənd, Mincivan qəsəbələrində, milli kimliyimizin rəmzlərindən olan Xudafərin körpüsündə 27 ildən sonra Azərbaycan bayrağı dalğalanmağa başladı. Murov dağında və cəbhənin digər istiqamətlərində strateji yüksəkliklər ordumuzun nəzarəti altındadır. Hər ötən gün ərzində cəbhənin bütün istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, tankları, PDM-ləri, müxtəlif atəş sistemləri və texnikaları məhv edilərək sıradan çıxarılır.
Bu günlərdə gücünü praktik şəkildə göstərən ordumuzun uğurlarının səbəbi Ali Baş Komandan İlham Əliyevin xüsusi nəzarəti altında respublikamızda həyata keçirilən hərbi quruculuqdur. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Ötən 17 ildə respublikamızda ordunun daha da gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görülüb. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görüb, nümayiş etdirilən hərbi texnikaların timsalında möhtəşəm ordu quruculuğunun şahidi olub. Bu paradlar həm də bir növ ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədini daşıyıb.
O cümlədən 2016-cı ilin Aprel döyüşləri ilk olaraq Azərbaycanın hərbi imkanlarının ilk dəfə müharibə meydanında təsdiqi oldu. Hərb tariximizə həkk olunan həmin döyüşlər zamanı cəmi 4 günə düşmənə böyük zərbələr vurulmuş, ərazilərimiz azad edilmişdi.
Ən müasir
döyüş imkanlarına
malik olan ordu
İlham Əliyevin ordu quruculuğunun ən əsas tərəfi isə müasir döyüşlərin aparılmasına
imkan verən hərbi texnikanın silahlı qüvvələrimizin
arsenalına daxil edilməsidir. Son onilliklərdə
bütün dünyada
həyatın hər bir sahəsində baş verən dəyişikliklər, elmi
və texniki inkişaf müasir döyüşlərin aparılmasına
da ciddi korrektələr edilməsinə
gətirib çıxarır.
Məsələn, bu gün 30 il
əvvəlin standartları
ilə müharibə
edib qalib gəlmək mümkün
deyil.
Azərbaycanda həyata keçirilən
ordu quruculuğunda bu cür məsələlərin
hamısı nəzərə
alınıb. Son dərəcə
yüksək dəqiqliklə
hədəfi vuran və qarşısıalınmaz
zərbə gücünə
malik silahlar, düşmənin ağır
texnikasını və
canlı qüvvəsini
darmadağın edən
pilotsuz uçuş aparatları bu qəbildəndir. Azərbaycanda həyata keçirilən
ordu quruculuğunun ən mühüm uğuru silahlı qüvvələrimizin döyüş
imkanlarının tamamilə
modernləşdirilməsidir.
Bu baxımdan
Azərbaycan ikinci Qarabağ müharibəsində
müasir döyüşlərin
aparılmasının nümunələrini
yaratdı. Xalqımız və beynəlxalq
ictimaiyyət dövlətimizin
mükəmməl hərbi
gücə malik olduğunu gördü.
Cəbhədə əldə olunan
hər bir uğur təsdiq edir ki, ordumuzun
arsenalı ən
modern silah və hərbi texnika ilə zəngindir. Dünyanın hərbi baxımdan
inkişaf etmiş ölkələrinin malik olduqları silahlar Azərbaycanda da var.
Tanınmış hərbi ekspertlər də işğal edilmiş ərazilərimizin
azad edilməsi üzrə əks-hücum
əməliyyatlarında Azərbaycanın
XXI əsrdə müharibə
aparılması nümunəsini
yaratdığını təsdiqləyirlər. Bu barədə danışan
tanınmış rusiyalı
hərbi ekspert, "Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun sözlərinə
görə, Azərbaycanın
orduya çəkdiyi xərclər əbəs deyilmiş. "Ona görə də bugünkü Azərbaycan
ordusu yaxşı təchiz olunub, o, layiqli rəqib və regionda ən yaxşı ordudur, dünyanın ən yaxşı 50 ordusu sırasındadır”,
- deyə o bildirib.
İlham ƏLİYEV: "Heç bir təzyiq bizə təsir edə bilməz”
Bu gün
Azərbaycan Ordusu işğalçını torpaqlarımızdan
vurub çıxarır,
danışıqları anlamayan
və getdikcə həyasızlaşan Ermənistanı
güc yolu ilə başa salır. Bütün bunlar ermənipərəst
siyasi dairələri narahat etdi, hətta
ATƏT-in Minsk qrupunün üzvü
olan Fransa neytrallığını saxlaya
bilməyərək açıq
şəkildə Ermənistanın
tərəfini tutdu.
Bundan başqa, elə Fransanın da iştirakı ilə bir neçə gün əvvəl BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı hazırlanan
qətnamə layihəsində
də məqsəd Azərbaycana təzyiq göstərmək idi.
Lakin Qoşulmama Hərəkatının
üzvü olan dövlətlərin sərt
etirazı nəticəsində
həmin qərəzli
layihə səsverməyə
çıxarılmayaraq geri
götürüldü.
Bütün təzyiqlərə baxmayaraq,
Azərbaycan öz torpaqlarında ədalətin
bərpa olunması üçün hərbi əməliyyatlarını davam
etdirir. Ordumuzun döyüş meydanında
qələbəsi ilə
yekunlaşan ötən
hər bir günün təhlili göstərir ki, Prezident
İlham Əliyev həm də diplomatik cəbhədə inamla döyüşür, ölkəmizə
qarşı beynəlxalq
təzyiqlərin qarşısını
peşəkarlıqla, qətiyyətlə
alır. "Biz əsgərlərimizin, zabitlərimizin
canı-qanı bahasına
bu torpaqları azad edirik. Həm döyüş meydanında,
həm siyasi müstəvidə özümüzü
təsdiqləmişik, dünyaya
təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli
xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik.
Heç
bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz.
Çünki haqq yolundayıq,
yumruq kimi birik. Bu birlik
əbədidir və əbədi olacaq!” -deyə Prezident
İlham Əliyev bildirib.
Azərbaycan problemin danışıqlar
yolu ilə həllinə bu gün də sadiqdir. Xarici İşlər naziri
Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun
həmsədrləri və
Ermənistanın xarici
işlər naziri ilə görüşü
də bunu təsdiqləyir. Bu görüşlə
bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin
bəyanatında yer alan müddəalara
da Azərbaycan riayət edir. Belə ki, ordumuz beynəlxalq
humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəfə
almır, döyüş
sahəsindəki cəsədlərin
toplanması və mübadiləsinin həyata
keçirilməsində iştirak
edir və s.
Eyni fikirləri Ermənistan barəsində söyləmək
mümkün deyil. Gəncənin və Bərdənin bombalanması göstərir
ki, işğalçı
dövlət qəsdən
mülki əhalini hədəfə alır.
Eyni zamanda Ermənistan döyüş meydanında
həlak olmuş əsgərlərinin cəsədlərinə,
hətta azad olunmuş ərazilərdə
qalan yaşlı vətəndaşına belə
sahib durmaq istəmir.
İndiyə qədər əldə edilmiş bütün razılaşmalar məhz Ermənistan tərəfindən
pozulub və hər dəfə də döyüş meydanında Azərbaycan tərəfindən cəzalandırılıb. Bu səbəbdən işğalçı
dövlətin Cenevrə
razılaşmalarına da
riayət edəcəyi
ağlabatan görünmür.
Azərbaycanın isə şərtləri
konkret və dəyişməzdir. Danışıqlar məhz ölkəmizin şərtlərinin yerinə
yetirilməsi çərçivəsində
mümkündür. Əks təqdirdə
ordumuz torpaqlarımızda
ədalətin təmin
olunmasını layiqincə
davam etdirəcək, Azərbaycan əsgəri öz vəzifəsini böyük şövqlə,
rəşadətlə yerinə
yetirəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2020.-1 noyabr.- S.1; 4.