Uşaq öldürürsənsə, insan deyilsən!

 

İşğalçı Ermənistanın günahsız mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətləri davam edir. Düşmən hər gün əllərini dinc sakinlərimizin - körpələrin, uşaqların, qocaların qanına batırmaqdan doymur.

 

Düşmən hər üç humanitar atəşkəsi pozdu

 

Əslində onların bu murdar xislətlərinə yüz illərdir bələdik. Yaxın birinci Qarabağ savaşı zamanı da bu mənfurların iyrənc siyasəti dinc əhalini hədəf almağa hesablanmışdı. Elə təkcə 1992-ci ilin fevralında törətdikləri Xocalı soyqırımı erməni terrorçularının insanlıqdan uzaq xislətlərini bütün gerçəkliyi ilə gözlər önündə canlandırır.

Dövlət siyasəti terrora köklənmiş Ermənistan sentyabrın 27-dən etibarən isə ölkəmizə qarşı təxribatlarının baş tutmadığını döyüş meydanında biabırcasına məğlub olduğunu görərək namərdliklə yenidən silahını günahsız vətəndaşlarımıza tuşlayıb. Hər dəfə cəbhədə igid əsgərlərimiz tərəfindən əzici məğlubiyyətə uğradıqca hirs-hikkələrini mülki əhaliyə yönəldirlər. Beynəlxalq hüququn norma prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror törətməyə başlayıblar.

Yalvarışları sayəsində razılaşdırılıb elan edilmiş hər üç humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı bölmələri gecə-gündüz yaşayış məntəqələrimizi atəşə tutur. Vandal erməni silahlıları həm cəbhəboyu rayon kəndlərimizi, həm cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərimizi ağır artilleriya raket atəşinə tutur, nəticədə içərisində azyaşlıların, qoca qadınların da olduğu mülki şəxslər yaralanır, həlak olur, evlər sosial obyektlər dağıdılır.

 

Cəbhədən uzaqda törədilən hərbi cinayətlər

 

Oktyabrın 4-ü səhər saatlarında Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri, 500 mindən çox əhalisi olan cəbhə xəttindən kilometrlərlə uzaqda yerləşən Gəncəni raket atəşinə tutması nəticəsində bir nəfər öldü, 30-dan çox insan yaralandı.

Mənfur düşmənin ayın 11-də gecə saatlarında yenidən Gəncəni bombardman etməsi tarixboyu sürdürdükləri qanlı əməllərinin davamı oldu. Erməni vandalları yenə günahsız insanlara qarşı soyqırımı törətdilər.

Oktyabrın 17-si gecə saat 1 radələrində isə Gəncə şəhərində qatil ermənilər daha bir terror hadisəsi törətdilər. Namərd düşmənin yenə mülki insanları hədəfə alaraq Gəncənin mərkəzi hissəsini bombardman etməsi nəticəsində aralarında uşaqların da olduğu xeyli insan həlak oldu yaralandı.

Ümumiyyətlə, Ermənistanın 4, 11 17 oktyabr tarixlərində raket ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 15-də erməni faşistləri daha bir insanlıq suçu ilə dünya tarixinə adlarını qara hərflərlə həkk etdilər. Tərtərdə dəfn mərasimi zamanı məzarlığı atəşə tutaraq mülki şəxsləri öldürdülər. Oktyabrın 24-də isə Ermənistan ordusu tərəfindən Tərtər şəhərinə "Smerçraketi atılması nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin həyətində həlak oldu.

 

Terrorçuların növbəti hədəfi Bərdənin günahsız sakinləri oldular

 

Müharibə qanunlarını, beynəlxalq hüququn norma prinsiplərini heçə sayaraq mülki əhaliyə qarşı ard-arda terror törədən faşist xislətli Ermənistan daha da azğınlaşmağa başlayıb. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyərək qaçan xainlər həmişəki kimi yenə silahlarını günahsız Azərbaycan vətəndaşlarına yönəldirlər.

Mənfurların bu dəfəki hədəfi isə cəbhədən xeyli uzaqda yerləşən Bərdə rayonu onun günahsız sakinləri oldu. Təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində 5 nəfər həyatını itirdi, 14 nəfər isə yaralandı. Həlak olanlar arasında Aysu adlı 7 yaşlı qızcığaz da var idi.

Cəmi bir gün sonra, ayın 28-də ömrünün baharında həyatdan qoparılan məktəbli Aysunun dəfni günündə Bərdə növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qaldı. Düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak oldu, 70-ə yaxın şəxs isə yaralandı.

 

Heç bizi haqq yolundan dönməyə məcbur edə bilməz

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi "Instagramsəhifəsində paylaşım edərək bildirdi ki, bu cür vəhşicəsinə həyata keçirilən hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi-hüdudu yoxdur: "Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir. Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaqbizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi”.

Birinci vitse-prezident onu da vurğulayıb ki, düşmənimiz bilməlidir ki, heçbizi haqq yolundan dönməyə məcbur edə bilməz: "Hər hücum bizi daha da güclü edirişğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır”.

Bəli, mərd Azərbaycan xalqını heç bir qüvvə haqq yolundan, Qarabağa Böyük qayıdışdan döndərə bilməz. İndi övladının tabutunu çiynində daşıyan ata da, sinəsinə körpəsinin qana bulaşmış gəlinciyini basmış ana da, valideyn hənirini fotolardan almağa çalışan oğullar da, qızlar da "Vətən sağ olsun, biz bir ölürüksə, min dirilik”, "Tanrı əsgərlərimizi qorusun” deyirlər. İndi Azərbaycan xalqının hər bir üzvü Ana Vətən uğrunda şəhadət şərbəti içən müsəlləh əsgərə çevrilib, "namərd düşmən, qorx bizdən, qisasımızı qiyamətə qoymayacağıq”, - deyir.

 

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.-1 noyabr.- S.1; 4.