Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Biz sentyabrın 27-dən Azərbaycana qarşı başlayan, uşaqlar və yaşlı insanlar da daxil olmaqla, 90 mülki şəxsin ölümü ilə nəticələnən irimiqyaslı hərbi əməliyyatlardan hiddətləndiyimizi bildiririk.
Biz mülki vətəndaşların hədəfə alınmasını qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyəti BMT və ATƏT kimi beynəlxalq təşkilatları Azərbaycan Respublikasına hərtərəfli dəstək göstərməyə çağırırıq. Bir xalqın mədəni irsini hədəfə almağa heç bir şəkildə bəraət qazandırmaq olmaz. Ermənistanın mülki vətəndaşları, mülki obyektləri və tarixi abidələri davamlı olaraq hədəfə alması Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il UNESCO Haaqa Konvensiyası, Ümumdünya mədəni və təbii irsin qorunması haqqında 1972-ci il UNESCO Konvensiyası, Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyası, Arxeoloji irsin qorunması haqqında 1992-ci il Avropa Konvensiyası da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud pozuntusu və işğalçı ölkənin davam edən təcavüzkar siyasətinin göstəricisidir.
Biz - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri bəşəri irsin tez bir zamanda xilas edilməsi üçün öz vəzifələrini yerinə yetirmələri və müdaxilə etmələri üçün BMT və UNESCO-ya müraciət edirik. Bundan əlavə, ATƏT-in Minsk qrupunun həmsədrləri səylərini artırmalı və konstruktiv fəaliyyət göstərməlidirlər. Danışıqların beynəlxalq hüquqa əsaslanmaqla və beynəlxalq hüquqa hörmət edilməklə aparılması üçün beynəlxalq dəstək göstərilməlidir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından insan tələfatı, Gəncə, Bərdə və Tərtər şəhərlərində mülki vətəndaşların, dəyərli mədəni abidələrin və obyektlərin qorunması məqsədilə bütün səylərlə həmrəyliyimizi göstəririk.
Cənab Prezident, xüsusi fəaliyyətlərinə görə həmsədrlərimiz xanım Vayra Vike-Freyberqaya və İsmail Serageldinə minnətdarlığımızı ifadə edirik.
Cənab Prezident, Sizə ən yüksək hörmət və ehtiramımızı bildiririk.
Hörmətlə,
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
Buyar Nişani
2012-2017-ci illərdə Albaniyanın Prezidenti,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
Amina Qurib-Fakim
2015-2018-ci illərdə Mavriki Respublikasının Prezidenti,
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
üzvü
Əbdüləziz Osman
Əl-Tuveycri
İslam Təhsil,
Elm və Mədəniyyət
Təşkilatının (ICESCO) sabiq Baş direktoru,
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
üzvü
Yadranka Kosor
2009-2011-ci illərdə Xorvatiyanın
Baş Naziri,
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
üzvü
Ekmələddin İhsanoğlu
İslam Əməkdaşlıq
Təşkilatının 9-cu Baş katibi,
Türk Elm Tarixi
Cəmiyyətinin fəxri
prezidenti,
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
üzvü
Rövşən Muradov
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
baş katibi
Elnur Əliyev
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
icraçı direktoru
Azərbaycan.- 2020.- 3 noyabr.- S.2.